--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bakıda İndoneziya mətbəxinin təqdimatı keçirilib

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 14:54 1012 baxış

İndoneziyanın milli yeməkləri, mədəni irsi və kulinariya ənənələri Bakıda keçirilən festivalda nümayiş etdirilib.

Elpress.az xəbər verir ki, oktyabrın 16-da İndoneziyanın Bakıdakı səfirliyi və “Gekrafs Azerbaijan” nümayəndəliyinin birgə təşkilatçılığı ilə “İndoneziya kulinariya diplomatiyası festivalı 2026” baş tutub.

Tədbirin məqsədi iki ölkə arasında mədəni əlaqələri genişləndirmək, İndoneziyanın milli kimliyini və kreativ iqtisadiyyat imkanlarını tanıtmaq olub. Festival, həmçinin Azərbaycanda yaşayan indoneziyalı sahibkarlara öz kulinariya məhsullarını təqdim etmək və satış imkanlarını artırmaq üçün şərait yaradıb.

İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi təşəbbüsün mədəni diplomatiyanın inkişafına xidmət etdiyini bildirib. O, milli mətbəxin və kreativ iqtisadiyyatın Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmlənməsində əhəmiyyətini vurğulayıb.

Festival iştirakçıları ənənəvi İndoneziya yeməkləri ilə tanış olub, kulinariya nümayişlərini izləyib və ölkənin mədəniyyətini əks etdirən proqramlara qatılıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1160 baxış Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər. Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında […]

Ramana qəsrində muzey fəaliyyətə başlayıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:02 1104 baxış Qəsrin tarixini və Abşeronun orta əsr müdafiə sistemini əks etdirən ekspozisiyada rəqəmsal texnologiyalardan istifadə olunub Elpress.az xəbər verir ki, Azərbaycanın dünya əhəmiyyətli tarixi-memarlıq abidələrindən biri olan […]

Xocavənddə bayram atəşfəşanlığı olub

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:58 1094 baxış Xocavənd Şəhəri Günü musiqi və işıq şousu ilə qeyd edilib Elpress.az xəbər verir ki, Xocavənd Şəhəri Günü münasibətilə şəhərdə atəşfəşanlıq təşkil olunub.Bayram proqramının sonunda musiqi sədaları […]