Oktyabrın 18-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi ərazilərdə səhər saatlarında duman müşahidə oluna bilər.
Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə temperatur 18–20, gündüz isə 23–28 dərəcə isti təşkil edəcək. Mülayim cənub-şərq küləyi əsəcək.
Ölkənin rayonlarında da yağıntı gözlənilmir. Havanın temperaturu gecə 16–19, gündüz 26–31 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 7–12, gündüz 20–25 dərəcə isti proqnozlaşdırılır.


