--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“Qarabağ” braziliyalı yarımmüdafiəçini heyətinə qatıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:40 1060 baxış

Ağdam klubu Dieqo Rosanı APOEL-dən birillik icarə əsasında transfer edib

Elpress.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.Ağdam təmsilçisi Kiprin APOEL klubu ilə braziliyalı yarımmüdafiəçi Dieqo Rosanın transferi ilə bağlı razılığa gəlib. 23 yaşlı futbolçu bir mövsümlük icarə əsasında “Qarabağ”ın formasını geyinəcək.Razılaşmaya əsasən, icarə müddəti başa çatdıqdan sonra Azərbaycan klubu Rosanın transfer hüquqlarını almaq imkanına sahib olacaq.Karyerasına Braziliyanın “Qremio” klubunda başlayan Rosa 2021-ci ildə İngiltərənin “Mançester Siti” komandasına transfer olunub. Daha sonra futbolçu Belçikanın “Lommel”, Portuqaliyanın “Vizela”, həmçinin Braziliyanın “Bahia” və “İnter” klublarında çıxış edib. O, 2025-ci ildə APOEL-ə keçib.Braziliyalı yarımmüdafiəçi ölkəsinin U-16 və U-17 milli komandalarında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zaporojye AES-də yanacaq ehtiyatı ilə bağlı xəbərdarlıq

Next Article

Sabah yağışlı hava gözlənilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kubokda mövsümün həlledici oyunu

Elşən 22 May 2026 · 11:23 1136 baxış Ziraat Türkiyə Kuboku finalına yüksələn iki komanda – Trabzonspor və Konyaspor – mövsümün ən vacib kuboku uğrunda üz-üzə gələcək. Matçın qalibi Türkiyə Kubokunu qazanacaq və Avropa turnirlərinə […]

“Sabah” klubuna 5 milyon manat ayrılıb

Aysel Əlibəyli 27 Avqust 2026 · 16:02 1066 baxış Prezident İlham Əliyev “Sabah”ın Çempionlar Liqasındakı uğuru ilə bağlı sərəncam imzalayıb Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyinin göstərilməsi ilə bağlı […]

Yeton Bekiri “Qəbələ”nin baş məşqçisi təyin olunub

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:03 1106 baxış Şimali makedoniyalı mütəxəssislə 1+2 illik müqavilə imzalanıb Elpress.az xəbər verir ki, “Qəbələ” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Şimali makedoniyalı mütəxəssis Yeton Bekiri komandanın baş məşqçisi […]

Misli Premyer Liqasında 2-ci turun oyun cədvəli AÇIQLANDI

Aysel Əlibəyli 16 Avqust 2026 · 21:48 1068 baxış Misli Premyer Liqasında 2026/27 mövsümünün 2-ci turunda keçiriləcək qarşılaşmaların vaxtı və məkanı müəyyənləşib. Elpress.az xəbər verir ki, turun oyunları 22 və 23 avqust tarixlərində baş tutacaq. […]