--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Türkiyə vətəndaşı Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarda ittiham olunur

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 15:52 1016 baxış

Azərbaycan Baş Prokurorluğu Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftci barəsində cinayət işi başlayıb. O, beynəlxalq axtarışa verilib və barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Elpress.az xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata görə, sosial şəbəkələrdə Çiftci tərəfindən Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun dəyişdirilməsinə, eləcə də zorakılıq yolu ilə dini nifrət və düşmənçiliyin yayılmasına yönələn materialların paylaşılması ilə bağlı araşdırma aparılıb.

İstintaq zamanı dini radikalizm məzmunlu materialların, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış paylaşımların təkrar yayıldığı və müxtəlif başlıqlar altında çağırışların edildiyi müəyyən olunub.

Toplanmış materiallar əsasında 16 oktyabr 2026-cı il tarixində Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Celal Çiftci cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun və digər şəxslərin barəsində zəruri istintaq hərəkətlərinin aparılması üçün Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım sorğuları göndərilib.

Hazırda materialların hazırlanması və yayılması halları, eləcə də iş üçün əhəmiyyətli digər məqamlar araşdırılır. Baş Prokurorluq dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmamasına, sosial şəbəkələrdən məsuliyyətlə istifadəyə çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“20 Yanvar” və Şamaxinkada avtobus dayanacaqları dəyişir

Next Article

Gömrükdə nüfuz alveri işi məhkəməyə göndərildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qaxda qəza: iki nəfər yaralanıb

Aysel Əlibəyli 08 İyun 2026 · 18:35 1132 baxış Qax rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.Hadisə bu gün Qax–Qıpcax–Kötüklü avtomobil yolunda baş verib. Rayon sakini Faiq İbrahimovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq yol […]

50 yaşlı kişi arı sancmasından zərər çəkib.

Aysel Əlibəyli 15 İyun 2026 · 21:01 1152 baxış Ağdamda 50 yaşlı kişi arı sancması səbəbilə anafilaktik şok keçirib. Hadisə Ağdam rayonunun Əhmədağalı kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Yasin Yadulla oğlu Əhmədov […]