--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Qara Qarayevin əsəri İsveçdə musiqi dərslərində tədris ediləcək

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 19:52 1012 baxış

Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığı İsveçdə gənc musiqiçilərə təqdim olunacaq. Onun “Yeddi gözəl” baletindən “Adajio” əsərinin fortepiano və skripka üçün işlənmiş versiyası Katrineholm musiqi məktəbinin tədris proqramına daxil edilib.

Elpress.az xəbər verir ki, bu təşəbbüs İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın səyi nəticəsində reallaşıb. O, Azərbaycan klassik musiqisini xarici auditoriyaya tanıtmaq məqsədilə əsərin notlarını və rəqəmsal variantını məktəbin nümayəndələrinə göndərib.

Məlikovanın sözlərinə görə, musiqi məktəbinin rektoru Hanna Moen və skripka müəllimi Sara Karlsson əsəri dinlədikdən sonra onun emosional dərinliyini və təsir gücünü yüksək qiymətləndiriblər.

Qeyd edək ki, bu, Azərbaycan bəstəkarlarının əsərləri arasında İsveçdə musiqi tədrisinə daxil edilən ikinci nümunədir. Daha əvvəl Arif Məlikovun “Komdenin arzuları” əsəri Lidinqö musiqi məktəbinin repertuarına salınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Vasif Talıbov YAP-ın Veteranlar Şurasının yeni tərkibində yer almayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1158 baxış Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər. Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında […]

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirib

Aysel Əlibəyli 28 İyun 2026 · 15:32 1222 baxış Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib. Səfər çərçivəsində Zakir Fərəcov Lüdviqshafen şəhərinin meri, professor Klaus Blattnerlə […]

Azərbaycanın Müstəqillik Günü Dominikanda qeyd edilib

Aysel Əlibəyli 04 İyun 2026 · 21:34 1204 baxış Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda 28 May – Müstəqillik Günü münasibətilə ilk dəfə rəsmi qəbul təşkil edilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirə Dominikan hökumətinin rəsmiləri, […]

İsveçdə 6 azərbaycanlı soydaşımız mandat qazanıb

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 20:15 1078 baxış İsveçdə keçirilən növbəti ümumi seçkilərdə azərbaycanlı soydaşlarımız da uğur əldə ediblər. Müxtəlif siyasi partiyaların namizədləri olan 6 soydaşımız ölkənin parlament, regional və bələdiyyə qurumlarında təmsil olunmaq […]