8 Avqust bütün dünyada Ümumdünya Pişik Günü kimi qeyd olunur
Elpress.az xəbər verir ki, Beynəlxalq Heyvanlara Qayğı Fondunun (IFAW) təşəbbüsü ilə 2002-ci ildən etibarən hər il 8 avqust tarixi dünyada Ümumdünya Pişik Günü kimi qeyd edilir. Bu özəl gün pişiklərə qayğı göstərmək və onların mühafizəsinə diqqət çəkmək məqsədi daşıyır. Ölkəmizdə də pişiklər şəhər həyatının ayrılmaz hissəsidir; xüsusilə İçərişəhərin tarixi küçələri və həyətləri bu sevimli canlıların məskəninə çevrilib.


