--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi

Aysel Əlibəyli 22 İyul 2026 · 19:34 1140 baxış

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə təntənəli tədbir keçirilib.

Elpress.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatında medianın rolundan və son illər bu sahədə həyata keçirilən islahatlardan danışıblar.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafı, jurnalistikanın peşəkarlığının artırılması və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.Tədbirdə Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rafiq Həşimov da çıxış edərək müasir dövrdə medianın məsuliyyəti, etik jurnalistika prinsipləri və ictimai etimadın qorunmasının vacibliyini vurğulayıblar.

Mərasim çərçivəsində Azərbaycan milli mətbuatının tarixi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub, proqram bədii hissə ilə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yazıçı Rüfət Əhmədzadə vəfat edib

Next Article

“Neftçi” Avropa sınağına başladı – “Dinamo” ilə ilk duel

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bəzi ərazilərdə leysan yağış yağır, şimşək çaxır

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:14 1068 baxış Bakıda və bölgələrdə yağıntılı hava müşahidə olunur Elpress.az xəbər verir ki, Sentyabrın 29-u saat 13:00-a olan məlumata görə, Azərbaycanın əksər ərazilərində yağıntılı hava şəraiti hökm sürür.Bakıda […]

Anormal isti hava xəbərdarlığı

Aysel Əlibəyli 08 Avqust 2026 · 15:36 1074 baxış Milli Hidrometeorologiya Xidmətindən xəbərdarlıq: Avqustun 9-da Bakıda, Aranda və Naxçıvanda 41 dərəcəyədək isti gözlənilir Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 9-da havanın […]

Bilgəhdə yeni incəsənət məktəbi istifadəyə verildi

Aysel Əlibəyli 26 Avqust 2026 · 20:40 1126 baxış Elpress.az xəbər verir ki, Bakının Bilgəh qəsəbəsində yeni incəsənət məktəbinin açılışı olub. Açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu […]

Bakıda 21 avtobus marşrutunun sxemi dəyişdirilib

Aysel Əlibəyli 29 Avqust 2026 · 15:36 1112 baxış Təmir işləri səbəbindən bəzi avtobuslar müvəqqəti olaraq alternativ yollardan istifadə edəcək Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunda və Abşeronun Mehdiabad qəsəbəsində aparılan təmir-tikinti işləri nəqliyyatın […]