--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakının və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 16 İyul 2026 · 00:42 1092 baxış

Təmir işləri ilə əlaqədar Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Elpress.az xəbər verir ki , “Azərişıq” ASC paytaxtın müxtəlif ərazilərində və Lənkəran rayonunda aparılacaq planlı təmir və təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələrin yaranacağını açıqlayıb.Məlumata görə, gecə saat 02:00-dan 04:00-dək Bakının Buzovna qəsəbəsində yerləşən Məmməd Səid Ordubadi və Mirzəağa Əliyev küçələrində, eləcə də “Qoşa Qala” restoranının arxa hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.Bundan başqa, Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Əbüdrəhim bəy Haqverdiyev, İnşaatçılar, İsmayıl bəy Qutqaşınlı, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.Keşlə qəsəbəsində Nizami Abdullayev, Mirzə Ələkbər Sabir, Yenikənd, Mətləb Ağayev və 1-ci Köndələn küçələrinin bir hissəsində saat 10:00-dan 14:00-dək, Zabrat qəsəbəsində isə Mehdi Hüseynzadə, Nəsibə Zeynalova, Murad Mirzəyev, Aşıq Ələsgər, Hüseyn Cavid, Şövkət Əhmədov və Köhnə Tramvay küçələrində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.Bölgələrdə isə Lənkəran rayonunun Kosalar, Hirkan, Siyavar, Vel, Daştalığcar, Parakənd, Mamusta, Bala Şükür və Gərmətük kəndlərində aparılacaq təmir və sazlama işləri səbəbindən saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.“Azərişıq” ASC bildirib ki, yenidənqurma və təmir-bərpa işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İstanbulda keçirilən forumda Azərbaycandan geniş nümayəndə heyəti

Next Article

Bakıda ÜPİ-nin 95-ci iclası keçirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah ölkədə 41 dərəcə isti olacaq

Aysel Əlibəyli 25 İyul 2026 · 14:30 1080 baxış İyulun 26-da Bakıda havanın temperaturunun 40, bəzi rayonlarda isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 26-da Bakıda və […]

“Bud-çanaq protezlərində yeni texnoloji mərhələ”

Aysel Əlibəyli 21 May 2026 · 22:59 1126 baxış Yeni texnologiyalar və süni intellekt dəstəyi ilə hazırlanan materiallar bud-çanaq protezləri sahəsində mühüm dönüş yaradaraq daha dayanıqlı, güclü və effektiv tibbi həllər vəd edir. Elpress.az-ın məlumatına […]

Bakının 5 rayonunda və Abşeronun bəzi ərazilərində su kəsiləcək

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 23:42 1070 baxış Bakının bir neçə rayonunda və Abşeronun ayrı-ayrı yaşayış məntəqələrində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq. Elpress.az xəbər verir ki, buna səbəb magistral su kəmərində aparılan təmir-bərpa […]

Zaqatalanın Qazangül qəsəbəsində ayı görünüb

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:26 1084 baxış Ayı balası gecə saatlarında küçədə sakinlərin kamerasına düşüb Elpress.az xəbər verir ki, Zaqatala rayonunun Qazangül qəsəbəsində ayı müşahidə olunub.Rayon mərkəzinə yaxın ərazidə bir neçə gün əvvəl […]