ABŞ-nin Azərbaycandakı səfirliyi oktyabrın 12-də fəaliyyət göstərməyəcək.
Elpress.az xəbər verir ki, diplomatik nümayəndəlik bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Səfirliyin işinə fasilə ABŞ-də qeyd olunan Kolumb Günü ilə əlaqədardır.
Kolumb Günü Xristofor Kolumbun 1492-ci ildə Amerika qitəsinə çatmasının ildönümü münasibətilə hər il oktyabrın 12-də qeyd olunur.


