--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bill Qeyts 2027-ci ildə kiberhücumların artacağı barədə xəbərdarlıq edib

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 06:06 1008 baxış

Süni intellekt texnologiyalarının inkişafı kibercinayətkarların imkanlarını genişləndirə və yeni təhlükəsizlik problemləri yarada bilər. “Microsoft”un qurucusu Bill Qeyts yaxın illərdə bu sahədə ciddi risklərin meydana çıxacağını düşünür.

Elpress.az xəbər verir ki, Qeyts CNN-ə müsahibəsində 2027-ci ildə ən nəzərəçarpan dəyişikliklərin kiberhücumlarla bağlı ola biləcəyini bildirib.

O qeyd edib ki, kibercinayətkarlıq artıq pul tələb etmək və fond bazarına təsir göstərmək üçün istifadə olunan üsulları əhatə edir. Yeni süni intellekt modellərinin artan imkanları, təhlükəsizlik məhdudiyyətlərinin kifayət qədər olmaması və cinayətkarların fəallığı gələcəkdə gözlənilməz problemlərə səbəb ola bilər.

Bununla yanaşı, Qeyts süni intellektin nəzarətdən çıxmasını hazırda bəşəriyyətin qarşısındakı ən aktual təhlükə saymır. Onun fikrincə, bu texnologiyanın dünya miqyasında geniş təsir yaradacaq səviyyəyə çatmasına hələ bir neçə il var.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Özge Gürel Bakıya gəlib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Asim Munirdən Xameneiyə xüsusi mesaj

Aysel Əlibəyli 07 İyun 2026 · 13:51 1162 baxış Pakistanın daxili işlər naziri feldmarşal Asim Munir tərəfindən hazırlanmış xüsusi məktubu İran tərəfinə rəsmi şəkildə təqdim edib. Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ötən gecə İran […]

ABŞ vətəndaşlarına Yaxın Şərqlə bağlı xəbərdarlıq

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:50 1056 baxış ABŞ səfirliyi regiondakı vətəndaşlarını təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb Elpress.az xəbər verir ki, ABŞ-ın İordaniyadakı səfirliyi Yaxın Şərqdə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı […]