--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Məcburi köçkün qadınlarla evlənən kişilərə də bu status veriləcək

Aysel Əlibəyli 05 Noyabr 2026 · 19:02 1030 baxış

Azərbaycanda məcburi köçkün statusunun verilməsi qaydalarında dəyişiklik edilib. Yeni qaydaya əsasən, işğaldan əvvəl məcburi köçkün statusu olan qadınlarla nikaha daxil olmuş kişilər də müəyyən şərtlərlə bu statusu ala biləcəklər.

Elpress.az xəbər verir ki, dəyişiklik “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını əhatə edir.

İndiyədək bu imkan yalnız işğaldan əvvəl işğal olunmuş rayonun sakini ilə ailə quran qadınlara şamil edilirdi. Yeni tənzimləmə ilə eyni hüquq kişilərə də verilir.

Qaydalara görə, müraciət edən şəxs məcburi köçkünlüyə səbəb olan hadisələrdən əvvəl həmin rayonun sakini ilə nikahda olmalı, öz rayonundakı pasport qeydiyyatından çıxmamalı, işğaldan sonra isə həyat yoldaşının yaşayış yeri üzrə qeydiyyata düşməlidir.

Status almaq istəyən şəxslər əvvəlcə müvəqqəti yaşayış yeri üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional orqanında və ya yerli bölməsində qeydiyyatdan keçməlidirlər. Ərizə və tələb olunan sənədlər elektron və ya kağız formada təqdim edilə bilər.

Müraciət edən şəxs səhhəti və ya digər səbəblərdən sənədləri özü təqdim edə bilmədikdə, bunu səlahiyyətli nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Sənədlər regional orqan və ya yerli bölmə tərəfindən 7 iş günü ərzində Dövlət Komitəsinə göndərilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxlayıb

Next Article

Şavkat Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Həyat qurtaran yenilik: Təcili yardım briqadaları motosikletə keçir

Aysel Əlibəyli 21 İyul 2026 · 15:50 1128 baxış Elpress.az xəbər verir ki, Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə yeni layihəyə start verilib. Layihə çərçivəsində təcili tibbi yardım briqadalarının fəaliyyətində xüsusi təchiz olunmuş […]

Bakıda havada tozun miqdarı normadan 2,2 dəfə çoxdur

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 09:02 1154 baxış Paytaxt və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraitinin daha iki gün davam edəcəyi gözlənilir. Elpress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, […]

Nəsimi rayonunda müvəqqəti qaz məhdudiyyəti

Aysel Əlibəyli 10 İyun 2026 · 16:35 1172 baxış Sabah Bakının Nəsimi rayonunda yerləşən bir sıra küçələrdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Elpress.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.Bildirilib ki, təmir-quraşdırma […]