--:--:-- | 15 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Dünya yeni iqlim böhranının astanasında

Aysel Əlibəyli 12 İyun 2026 · 11:50 1116 baxış

Sakit okeanda formalaşan El-Ninyo fenomeninin son illərin ən güclü iqlim hadisələrindən birinə çevriləcəyi ehtimal olunur.

ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin qiymətləndirməsinə əsasən, bu hadisənin tarixdə qeydə alınan ən güclü El-Ninyo mərhələlərindən biri olması ehtimalı 63 faiz səviyyəsindədir. Elpress.az xəbər verir ki, Mütəxəssislər bildirirlər ki, hazırkı proses 1997-ci ildə müşahidə olunan rekord El-Ninyo ilə müqayisə edilə və hətta onu geridə qoya bilər.Alimlərin fikrincə, El-Ninyo qlobal istiləşmənin yaratdığı təsirləri daha da gücləndirir. Bu səbəbdən dünyanın müxtəlif bölgələrində həddindən artıq isti hava, uzunmüddətli quraqlıq, daşqınlar və meşə yanğınlarının sayında artım müşahidə oluna bilər. BMT də vəziyyəti ciddi iqlim təhlükəsi kimi dəyərləndirərək bunun iqlim dəyişikliklərinin mənfi nəticələrini dərinləşdirəcəyini vurğulayıb.Proqnozlara görə, Cənubi Amerika ölkələrində intensiv yağıntılar və sel riskləri yüksələcək, Avstraliyada quraqlıq və yanğın təhlükəsi artacaq. Hindistanda isə istilik dalğalarının daha kəskin xarakter alacağı gözlənilir.Mütəxəssislər hesab edirlər ki, El-Ninyonun ən təsirli mərhələsi payız və qış aylarına təsadüf edə bilər. Onların qənaətincə, bu proses yalnız hava şəraitinə deyil, həm də qlobal iqtisadi fəaliyyətə təsirsiz ötüşməyəcək.Alimlər hökumətləri və əhalini mümkün hava anomaliyalarına qarşı hazırlıqlı olmağa çağırırlar. Onların sözlərinə görə, gözlənilən “super El-Ninyo” son onilliklərin ən ciddi iqlim sınaqlarından biri ola bilər.Qeyd edək ki, El-Ninyo Sakit okeanın mərkəzi və şərq hissələrində okean sularının normadan artıq isinməsi nəticəsində yaranır və dünya üzrə atmosfer proseslərinə təsir göstərərək müxtəlif regionlarda hava şəraitinin dəyişməsinə səbəb olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan nefti bahalaşdı

Next Article

Azərbaycan daha bir beynəlxalq dəniz konvensiyasına qoşulur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avqustda 70 aptekdə yoxlama aparılıb

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:34 1022 baxış Yoxlamalar zamanı 19 aptekdə müxtəlif nöqsanlar müəyyən edilib Elpress.az xəbər verir ki, 2026-cı ilin avqust ayında ölkə üzrə apteklərdə nəzarət tədbirləri həyata keçirilib.Ay ərzində ümumilikdə 70 […]

DİN-dən bank kartları ilə bağlı vacib xəbərdarlıq

Aysel Əlibəyli 13 İyul 2026 · 12:00 1080 baxış Daxili İşlər Nazirliyi vətəndaşları bank kartı məlumatlarını kiberdələduzlardan qorumağa çağırıb. Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, kiberdələduzlar saxta internet səhifələri, şübhəli keçidlər, […]

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü

Elşən 25 İyun 2026 · 23:40 1106 baxış Bu gün Azərbaycan xalqının qürur mənbəyi olan Silahlı Qüvvələrimizin yaranmasının ildönümüdür. Elpress.az saytı kollektivi olaraq 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü […]