--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Anar Bayramovdan yeni kadr qərarı

Aysel Əlibəyli 03 İyun 2026 · 11:51 1339 baxış

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr islahatları davam edir.

Elpress.az FED.az-a istinadən xəbər verir ki, qurumun yeni rəhbərliyi mərkəzi aparatın daha 11 əməkdaşı ilə əmək münasibətlərinə xitam verib.Vəzifəsindən azad edilənlər arasında İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova və İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı da yer alır.Bundan əlavə, İnsan resursları, İctimaiyyətlə əlaqələr və kommunikasiya, İxtisaslı tibbi xidmətin təşkili, Strateji inkişaf, eləcə də Daxili nəzarət və monitorinq departamentlərində çalışan bəzi şöbə müdirləri və məsləhətçilər də vəzifələrindən uzaqlaşdırılıblar.Kadr dəyişiklikləri çərçivəsində TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər də təyin olunub. Həmin vəzifə Zara İbrahimzadəyə həvalə edilib.Qeyd edək ki, Anar Bayramovun rəhbərliyi dövründə TƏBİB-də genişmiqyaslı struktur və kadr dəyişiklikləri həyata keçirilir. Son aylarda bir sıra müşavirlərlə əməkdaşlığa son qoyulub, həmçinin tabeli tibb müəssisələrinin rəhbərləri və mərkəzi aparat əməkdaşları ilə bağlı müxtəlif qərarlar qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Küveytdə hava zərbələrinin fəsadları aradan qaldırılır

Next Article

Tramp: İran nüvə silahından imtina etməyə razılaşıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Neftçalada növbəti səyyar qəbul baş tutdu

Aysel Əlibəyli 11 İyun 2026 · 18:06 1182 baxış Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Pirəbbə kəndində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirərək onların müraciət və təkliflərini dinləyib. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun […]

Xəzərdə boğulmaların səbəbi naməlum varlıqlardı?

Aysel Əlibəyli 18 İyul 2026 · 15:08 1102 baxış Yay mövsümündə Xəzər dənizində boğulma hallarının artması müxtəlif iddialara səbəb olub. Bəzi sosial şəbəkə paylaşımlarında buna “naməlum varlıqlar”ın səbəb olduğu irəli sürülsə də, mütəxəssislər bu fikri […]

Sabah havanın temperaturu 35 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:28 1088 baxış Bakıda 32, Azərbaycanın bəzi rayonlarında isə 35 dərəcəyədək isti hava gözlənilir Elpress.az xəbər verir ki, Sentyabrın 5-də Azərbaycanda əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Bununla […]