--:--:-- | 14 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Tramp yeni İran planını açıqladı

Aysel Əlibəyli 10 İyun 2026 · 20:52 1096 baxış

ABŞ Prezidenti Donald Trump bildirib ki, yaxın saatlarda İrana qarşı yeni və daha sərt zərbələr həyata keçiriləcək.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İrana qarşı yeni hərbi əməliyyatların həyata keçiriləcəyini açıqlayıb. O bildirib ki, yaxın saatlarda İran hədəflərinə qarşı daha sərt zərbələr endiriləcək.Tramp çıxışında ABŞ qüvvələrinin artıq bir gün əvvəl də ciddi hücumlar həyata keçirdiyini xatırladaraq, əməliyyatların davam etdiriləcəyini vurğulayıb. “Biz onları dünən sərt şəkildə vurduq. Bu gün də yenidən sərt şəkildə vuracağıq”, – deyə ABŞ lideri qeyd edib.Prezidentin sözlərinə görə, belə bir qərarın qəbul edilməsinə səbəb İran qüvvələrinin ABŞ-a məxsus hərbi helikopteri vurması olub. O, Vaşinqtonun buna cavab vermək hüququna malik olduğunu bildirib və hadisəni qəbuledilməz addım kimi qiymətləndirib.“Düşünürəm ki, bizim buna haqqımız var. Onlar inanılmaz bir maşını vurublar”, – deyə Tramp əlavə edib.ABŞ prezidenti söhbətin hansı helikopterdən getdiyini dəqiqləşdirməsə də, daha əvvəl Vaşinqton İranı Hörmüz boğazı yaxınlığında ABŞ Ordusuna məxsus “Apache” tipli hərbi helikopteri vurmaqda ittiham etmişdi. Məsələ ilə bağlı İran tərəfinin mövqeyi isə hələlik açıqlanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

GDT peyvəndi hansı xəstəliklərdən qoruyur?

Next Article

Yasamalda Yanğın Söndürüldü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məhkəmə “Meta” şirkətini 567 milyon dollar cərimələdi

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:22 1036 baxış ABŞ-də məhkəmə qərarı: “Meta” gənc istifadəçilərin əqli sağlığına dəyən zərərə görə yüz milyonlarla dollar ödəyəcək Elpress.az xəbər verir ki, ABŞ-nin Nyu-Meksiko ştatının məhkəməsi “Facebook” və “Instagram” […]

Türkiyənin bu şəhərində temperatur 46 dərəcəyə çatıb

Aysel Əlibəyli 23 Avqust 2026 · 16:18 1034 baxış Güclü istilər şəhər sakinlərinin gündəlik həyatına təsir edib Elpress.az xəbər verir ki, Türkiyənin Şanlıurfa şəhərində havanın temperaturu 46 dərəcəyə yüksəlib.Anomal istilər şəhərdə gündəlik həyatın gedişinə də […]

İran: “20 nəsil döyüşəcəyik” – Hatəmi

Aysel Əlibəyli 24 Avqust 2026 · 21:13 1032 baxış İran ordusunun komandanı ölkənin istənilən təcavüzə cavab verəcəyini bildirib Elpress.az xəbər verir ki, İran ordusunun komandanı Əmir Hatəmi ölkəsinin hər hansı xarici təcavüzə qarşı mübarizəyə hazır […]