--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanlı dənizçilərə müharibə zonaları ilə bağlı çağırış

Aysel Əlibəyli 16 İyul 2026 · 13:46 1104 baxış

Dövlət Dəniz və Liman Agentliyi dənizçiləri yüksək riskli bölgələrə səfərlərdən çəkinməyə çağırıb

Elpress.az xəbər verir ki , Dövlət Dəniz və Liman Agentliyi son aylarda xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı yayılan xəbərlərin dərin təəssüf doğurduğunu bildirib.Qurum həlak olan dənizçilərə Allahdan rəhmət, onların ailə üzvləri və yaxınlarına səbir diləyərək, hazırda təhlükəsizlik riskinin yüksək olduğu bölgələrlə bağlı mühüm xəbərdarlıq edib.Agentlik xüsusilə Qara və Azov dənizləri hövzəsində, eləcə də Hörmüz boğazı və Fars körfəzi istiqamətlərində təhlükəsizlik risklərinin yüksək olduğunu vurğulayaraq, azərbaycanlı dənizçiləri həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırıb.Bildirilib ki, müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərə razılıq verməzdən əvvəl mövcud təhlükələr diqqətlə qiymətləndirilməli, rəsmi qurumların xəbərdarlıqları nəzərə alınmalı və imkan daxilində belə marşrutlardan istifadə edilməməlidir.Agentlik eyni zamanda gəmiçilik şirkətlərini və aidiyyəti qurumları dənizçilərin təhlükəsizliyini prioritet hesab etməyə, riskli bölgələrə səfərlər zamanı bütün zəruri təhlükəsizlik tədbirlərini görməyə və mümkün olduqda həmin marşrutlardan imtina etməyə çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ucarda fərdi ev alovlara təslim oldu

Next Article

Xəzərdə külək enerjisi layihələri ilə bağlı əməkdaşlıq müzakirə edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəhid anası qızına böyrəyini bağışladı

Aysel Əlibəyli 24 İyul 2026 · 16:09 1078 baxış Şəhid anası qızının həyatı üçün donor olaraq böyrəyini verdi Elpress.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində övladını itirən şəhid anası qızının sağlamlığı üçün donor olaraq […]

Bakının əsas yollarında sıxlıq: sürücülər tıxacda qalıb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 20:24 1090 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Sıxlıq səbəbindən avtomobillərin hərəkət sürəti azalıb, bəzi istiqamətlərdə sürücülər tıxacda gözləməli […]

Ağdamda 8 min nəfərin qayıdışı üçün komplekslər təhvil veriləcək

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:20 1086 baxış Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinə də ailələrin köçürülməsi planlaşdırılır Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən […]