Bakının Suraxanı və Binəqədi rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar bəzi küçə və yol sahələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Elpress.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, Suraxanı rayonunun Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində oktyabrın 14-ü saat 08:00-dan qismən məhdudiyyət tətbiq ediləcək.
Binəqədi şossesində isə Mehdiabad yolu ilə kəsişmədən Zəngəzur küçəsi ilə kəsişməyədək olan hissədə oktyabrın 15-i saat 08:00-dan qismən, oktyabrın 16-sı saat 23:00-dan isə tam məhdudiyyət qüvvəyə minəcək.
Sürücülərə tıxacların qarşısını almaq üçün alternativ marşrutlardan istifadə etmələri və yollarda diqqətli olmaları tövsiyə edilir.


