--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Dubayda 24 əyarlı qızıldan piyada yolu salınacaq

Aysel Əlibəyli 27 Oktyabr 2026 · 08:43 1030 baxış

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ilk 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolunun salınması planlaşdırılır.

Elpress.az xəbər verir ki, “Oxu.Az”ın məlumatına görə, layihə Dubayın məşhur “Dubai Gold District” ticarət rayonunda həyata keçiriləcək. Bu barədə rayonun kommersiya sektorunun baş direktoru Rəşid Əl-Harmudi məlumat verib.

Bildirilib ki, qızıl piyada yolunun tikintisinin 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Layihənin əsas məqsədi Dubayın beynəlxalq turizm məkanı və dünya qızıl ticarətinin mühüm mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirməkdir.

Layihə ilə yanaşı, həmin rayonda Yaxın Şərqdə qızıl və zərgərlik məmulatları ticarətinə həsr olunmuş böyük sərgilərdən birinin keçirilməsi də planlaşdırılır.

Qızıl piyada yolunun reallaşdırılması Dubayın turizm imkanlarının genişləndirilməsinə və şəhərin zərgərlik sənayesi üzrə beynəlxalq tanıtımına töhfə vermək məqsədi daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ərdoğan: “Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq”

Next Article

“Həzi Aslanov” – “İçərişəhər” metro xəttində birbaşa hərəkət bərpa olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp İranla müharibənin taleyi ilə bağlı iki variant açıqlayıb

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 19:50 1064 baxış ABŞ Prezidenti Donald Tramp İranla münaqişəni qısa müddətdə başa çatdırmaq və ya hərbi əməliyyatları dərhal dayandırmadan iqtisadi təzyiqi davam etdirmək arasında seçim edə biləcəklərini bildirib. Elpress.az […]

Suriya İsraillə saziş istəyir

Aysel Əlibəyli 27 İyul 2026 · 12:18 1102 baxış Suriya İsraillə təhlükəsizlik sazişi əldə etməyə çalışdığını açıqlayıb Elpress.az xəbər verir ki, Suriya Prezidenti Əhməd əl-Şaraa bildirib ki, ölkəsi bir neçə dövlətin iştirakı ilə İsraillə təhlükəsizlik […]