--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Dinamo”nun baş məşqçisi istefaya göndərildi

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 16:04 1016 baxış

Kiyevin “Dinamo” klubunda baş məşqçi dəyişikliyi baş verib. İqor Kostyuk tutduğu vəzifədən azad olunub.

Elpress.az xəbər verir ki, qərar Ukrayna çempionatının IX turunda “Polissya”ya 1:3 hesablı məğlubiyyətdən sonra qəbul edilib.

Klub prezidenti İqor Surkis məşqçi ilə yolları ayırmaq qərarına gəlib. Komandanı qarşıdakı oyunlara, o cümlədən oktyabrın 23-də “Kudrivka” ilə keçiriləcək matça müvəqqəti olaraq Matsey Kendzyorek hazırlayacaq.

Qeyd edək ki, İqor Kostyuk 2025-ci ildən “Dinamo”ya rəhbərlik edirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Energetika sahəsində çalışan şəxslər təltif edildi

Next Article

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyədən 16 dəqiqəyə 2 qol

Aysel Əlibəyli 01 İyun 2026 · 22:07 1162 baxış DÇ-2026-ya hazırlığını davam etdirən Türkiyə milli komandası bu gün növbəti yoxlama oyununa çıxacaq. Elpress.az- ın Qafqazinfo-ya istinadən xəbər verirki , “ay-ulduzlular” İstanbulda Şimali Makedoniya yığması ilə […]

Rəşad Rəsullu Hidayətin çəki probleminə aydınlıq gətirdi

Aysel Əlibəyli 16 İyul 2026 · 13:41 1086 baxış Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovun çəki problemi və sosial media paylaşımı ilə bağlı danışıb Elpress.az xəbər verir ki , Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu […]