Azərbaycanda səhiyyə idarəçiliyinin vahid strukturda birləşdirilməsi tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır.
Elpress.az xəbər verir ki, yeni idarəetmə modelində Səhiyyə Nazirliyinin məsuliyyət dairəsi genişlənəcək, tibbi xidmətlərin təşkili və səhiyyə resurslarının idarə olunması vahid mərkəzdən həyata keçiriləcək.
Dəyişikliklər çərçivəsində dərman vasitələrinin saxlanılması və qeydiyyatı, tibbi avadanlıqların alınması və bölüşdürülməsi, eləcə də tibb işçilərinin təlimi, sertifikasiyası və işlə təmin olunması kimi məsələlərin əlaqələndirilməsi nəzərdə tutulur.
Yeni yanaşma səhiyyə siyasətinin formalaşdırılması, xəstəliklərin profilaktikası üzrə strategiyaların hazırlanması və qanunvericilik təşəbbüslərinin vahid qurum tərəfindən irəli sürülməsini də əhatə edəcək.
Vahid idarəetmə modelinin əsas hədəfi səhiyyə sistemindəki parçalanmanı aradan qaldırmaq, xidmətlərin təşkilində səmərəliliyi artırmaq və vətəndaşların daha əlçatan, keyfiyyətli tibbi yardımla təmin olunmasına nail olmaqdır.


