--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan və BƏƏ hərbi hava qüvvələri arasında əməkdaşlıq müzakirə olunub

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 19:23 1014 baxış

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi hava qüvvələri komandanları arasında görüş keçirilib. Tərəflər birgə təlimləri və hərbi əməkdaşlığın gələcək istiqamətlərini müzakirə ediblər.

Elpress.az xəbər verir ki, oktyabrın 19-da müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə BƏƏ Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlər və digər tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.

Səfər çərçivəsində BƏƏ nümayəndə heyəti müasir idarəetmə sistemləri ilə təchiz olunmuş təlim qərargahına baş çəkib, aviasiya texnikaları ilə tanış olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Alyona Əliyeva Luca Minnellinin konsertindən fotolar paylaşdı

Next Article

Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq: 18 avtobus marşrutu dəyişir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının 5 əsas yolunda sıxlıq yaranıb – SİYAHI

Aysel Əlibəyli 18 Avqust 2026 · 08:39 1068 baxış Elpress.az xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Məlumata görə, hazırda sıxlıq olan ərazilər bunlardır: 1-ci Göl kənarı yolu […]

Sabah 3 rayonda qaz təchizatında fasilə olacaq

Aysel Əlibəyli 30 Avqust 2026 · 19:35 1054 baxış Bakının Xətai, Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində müvəqqəti fasilə yaranacaq.Elpress.az xəbər verir ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və […]