--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Dövlət əleyhinə çağırışlarla bağlı 7 nəfər beynəlxalq axtarışa verildi

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 18:50 1016 baxış

Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət çağırışlarına dair cinayət işi üzrə daha yeddi nəfər barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər beynəlxalq axtarışa verilib.

Elpress.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.

İstintaqın qənaətinə görə, Türkiyədə yaşayan və fəaliyyət göstərən həmin şəxslər sosial şəbəkələr və digər internet platformaları vasitəsilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun dəyişdirilməsinə, eləcə də dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönələn materiallar yayıblar.

Cinayət işi çərçivəsində Rıdvan Kaya, Zekeriyya Ceran (Abdullah İmamoğlu kimi tanınır), Fatih Tezcan, Ahmet Şanlı, Fahrettin Taşkaya Saral, Abdurrahman Tümer və Alparslan Tanrıkulunun adları açıqlanıb.

Baş Prokurorluğun məlumatına əsasən, həmin şəxslərin 25 sentyabr–18 oktyabr tarixlərində müxtəlif sosial şəbəkələrdə yaydıqları çıxışlar, foto və video materiallar araşdırılır. İstintaq materiallarında Rıdvan Kayanın oktyabrın 3-də Azərbaycanın İstanbul baş konsulluğu, Rıdvan Kaya və Zekeriyya Ceranın isə oktyabrın 13-də Azərbaycanın Ankara səfirliyi qarşısında keçirilən aksiyalarda çıxışları da yer alıb.

Məlumatda qeyd olunur ki, 19 oktyabr 2026-cı ildə həmin şəxslər Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə nəzərdə tutulan əməllərdə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məhkəmə qərarları ilə onlar barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan olunub.

Hazırda cinayət işi üzrə elektron sübutların toplanması, materialların müəllifliyinin müəyyənləşdirilməsi və digər istintaq tədbirləri davam etdirilir. Baş Prokurorluq bildirib ki, araşdırma çərçivəsində Türkiyə və digər tərəfdaş ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq edilir.

Qeyd edək ki, cinayət işi üzrə açıqlanan məlumatlar istintaq orqanının mövqeyini əks etdirir. Şəxslərin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Səhiyyə sistemində vahid idarəetməyə keçidin məqsədi açıqlanıb

Next Article

Şəhid ailələrini aldadan sabiq məmura 9 il həbs cəzası verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MN-in hərbi qulluqçuları təltif olundu

Aysel Əlibəyli 25 İyun 2026 · 16:43 1106 baxış Müdafiə Nazirliyinin bir qrup hərbçisi xidmət fəaliyyətinə görə yüksək qiymətləndirilib və təltif edilib Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu xidmətlərində fərqləndiklərinə görə təltif olunub.Təltif olunan hərbçilər […]

XİN-dən mina təhlükəsi xəbərdarlığı

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:27 1070 baxış Vətən müharibəsindən bəri 433 nəfər mina qurbanı olub – XİBra beynəlxalq ictimaiyyətə çağırış etdi Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında paylaşılan […]

Yaşar Güler Şuşada “Birliyin Gücü-2026” təlimlərini izləyib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 15:45 1090 baxış Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanda keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təliminin Seçkin Müşahidəçi Günü çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edib. Elpress.az xəbər verir ki, […]

İran parlamentinin sədri Azərbaycana gəldi

Aysel Əlibəyli 24 İyun 2026 · 08:57 1130 baxış Elpress.az xəbər verir ki, İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Mohammad Bagher Ghalibaf işgüzar səfərlə Azərbaycana gəlib. Məlumata görə, səfər çərçivəsində o, Bakıda keçiriləcək 20th […]