--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq: 18 avtobus marşrutu dəyişir

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 20:17 1018 baxış

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək futbol qarşılaşması ilə əlaqədar paytaxtın Milli Həmrəylik küçəsində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məhdudiyyətlə əlaqədar 18 müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək. Sabunçu yol qovşağı istiqamətində avtobuslar Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə hərəkət edəcək. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə avtobusların hərəkəti Heydər Əliyev prospekti ilə təmin olunacaq.

Dəyişiklik 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli marşrutlara aiddir.

Qeyd edək ki, “Sabah” – “Borussiya” oyunu oktyabrın 20-də saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və BƏƏ hərbi hava qüvvələri arasında əməkdaşlıq müzakirə olunub

Next Article

Borussiya Dortmund” Bakıya gəldi: “Bakı, biz gəldik!”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 12:35 1074 baxış Azərbaycan Vətən müharibəsi şəhidlərini bir dəqiqəlik sükutla yad edib Bu gün Azərbaycanda Vətən müharibəsində iştirak edən və ölkənin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəmanların xatirəsi […]

Azad edilmiş ərazilərdə yeni xəstəxanalar layihələndirilir

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:28 1046 baxış Səhiyyə Nazirliyi xəstəxana layihələrində enerji səmərəliliyi və beynəlxalq standartları nəzərə alır Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə yeni xəstəxanaların layihələndirilməsi istiqamətində işlər davam etdirilir.Səhiyyə […]

Alimlər açıqladı: sağlamlığınızın sirri gözlərinizdə gizlənir

Aysel Əlibəyli 20 İyun 2026 · 18:46 1122 baxış Alimlər göz sağlamlığı ilə Alzheimer xəstəliyi arasında əlaqəni təsdiqləyən yeni nəticələr əldə ediblər. Elpress.az xəbər verir ki, Florida Universitetinin biotibbi mühəndisi Ruqu Fanqın rəhbərlik etdiyi araşdırma […]

100-dən çox Azərbaycan dövlət domeninə kiberhücum edilib

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 18:20 1070 baxış Azərbaycanın 100-dən çox hökumət domeninə qarşı həyata keçirilən genişmiqyaslı kiberhücuma görə “313 Team” haker qruplaşması məsuliyyəti üzərinə götürüb. Elpress.az xəbər verir ki, İraqda fəaliyyət göstərdiyi ehtimal […]