--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

AZAL-ın Bakı-Naxçıvan reysləri təxirə salınıb

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:02 1066 baxış

İldırımlı hava şəraiti səbəbindən bəzi uçuşların vaxtı dəyişdirilib

Elpress.az xəbər verir ki, Azərbaycan Hava Yollarının (AZAL) avqustun 29-na nəzərdə tutulan bir sıra Bakı-Naxçıvan-Bakı reyslərinin icrası əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.AZAL-ın Mətbuat Xidmətindən verilən məlumata görə, uçuşların təhlükəsiz şəkildə həyata keçirilməsi üçün meteoroloji şəraitin normallaşması gözlənilir. Hava sabitləşdikdən sonra reyslərin icrasının bərpa olunacağı və sərnişinlərə uçuşlarla bağlı mümkün dəyişikliklər barədə məlumat veriləcəyi bildirilib.Qeyd olunub ki, Naxçıvanın dağlıq relyefi və coğrafi mövqeyi bölgədəki meteoroloji şəraitin aviasiya əməliyyatlarına təsirini artırır. Güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi təyyarələrin qalxması və enişi zamanı əlavə təhlükələr yarada bilər.AZAL vurğulayıb ki, reyslərin təxirə salınması və ya ləğvi ilə bağlı qərarlar yalnız hava limanında müşahidə edilən hava şəraitinə əsasən qəbul edilmir. Bu zaman marşrut boyunca, həmçinin qalxış və eniş hava limanlarında mövcud və gözlənilən meteoroloji vəziyyət nəzərə alınır.Bildirilib ki, sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin edilməsi məqsədilə uçuşlarla bağlı qərarlar beynəlxalq aviasiya təhlükəsizliyi tələblərinə uyğun şəkildə qəbul edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

FHN əməkdaşı dünya çempionu olub

Next Article

“Sabah”ın Çempionlar Liqasındakı oyun tarixləri bəlli olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda 18 istiqamətdə sıxlıq yaranıb – yolların siyahısı

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 09:55 1096 baxış Hazırda yollarda vəziyyət belədir:Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə […]

Pensiya yaşı ilə bağlı iddialara aydınlıq gətirildi

Aysel Əlibəyli 28 İyul 2026 · 13:42 1074 baxış Deputat: Pensiya yaşının artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir Elpress.az xəbər verir ki, Azərbaycanda pensiya yaşının artırılacağı barədə yayılan iddialara Milli Məclisin İnsan hüquqları […]

Müəllimlər üçün dress-kod qaydaları müəyyənləşdirildi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 20:09 1078 baxış Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllim və digər təhsilverənlərin geyimi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Elpress.az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar məktəblərdə işgüzar geyim […]