--:--:-- | 15 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Xızıda mülki müdafiə məşqi keçirilib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:19 1062 baxış

FHN əməkdaşları ərazi qüvvələrinin fövqəladə hallara hazırlığını yoxlayıb

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin iştirakı ilə nümunəvi məşq təşkil edib.Təlim “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusuna həsr olunub. Tədbirə Sumqayıt Regional Mərkəzinin aidiyyəti bölmələri, Xızı Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, Fövqəladə Hallar Komissiyası və ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilib.Məşqin əsas məqsədi fövqəladə vəziyyətlər zamanı ərazi qüvvələrinin çevik fəaliyyət göstərmək imkanlarını qiymətləndirmək, müxtəlif qurumların birgə fəaliyyətini əlaqələndirmək və komandir-rəis heyətinin idarəetmə bacarıqlarını artırmaq olub.Təlim çərçivəsində şəxsi heyətin fövqəladə hadisə barədə məlumatlandırılması, xəbərdarlıq siqnalından sonra toplanması, müəyyən edilmiş məntəqəyə hərəkəti və idarəetmə prosesləri yoxlanılıb. Eyni zamanda iştirakçıların funksional vəzifələri ilə bağlı məruzələri dinlənilib.Məşqə 50 nəfər şəxsi heyət və 14 texnika cəlb olunub. Tədbirin sonunda nəticələr təhlil edilib və aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna Yaroslavldakı neftayırma zavoduna hücumu təsdiqləyib

Next Article

Gəncədə qadın bıçaqlanaraq öldürülüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezidentə təbrik mesajları göndərilir

Aysel Əlibəyli 26 May 2026 · 17:12 1191 baxış Malayziya Kralı Sultan İbrahim Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Elpress.az-ın Qafqazinfo-a istinadən verdiyi məlumata görə, məktubda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə və […]

Bakının yollarında sıxlıq: 19 istiqamətdə vəziyyət gərgindir

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 08:54 1070 baxış Bakının bir sıra əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Elpress.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, hazırda aşağıdakı istiqamətlərdə sıxlıq müşahidə […]

Sabah termometrlər 32 dərəcəni göstərəcək. 🌡️☀️

Aysel Əlibəyli 04 İyun 2026 · 14:04 1190 baxış Sinoptiklər iyunun 5-də ölkə ərazisində hökm sürəcək hava şəraiti ilə bağlı növbəti proqnozu açıqlayıblar, gözlənilən meteoroloji dəyişikliklər barədə məlumat təqdim olunub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata […]

Növbəti köç karvanları Xocavəndə çatıb

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:08 1062 baxış Xocavənd şəhəri, Quzeyxırman kəndi və Qırmızı Bazar qəsəbəsinə 50 ailə köçürülüb Elpress.az xəbər verir ki, Sentyabrın 15-də doğma yurdlarına yola salınan növbəti köç karvanları Xocavənd şəhərinə, […]