--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Xırdalanda yararsız yol sərnişinlərə çətin anlar yaşadır

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:56 1072 baxış

Xırdalan şəhərinin Ceyranbatan su anbarı istiqamətində yerləşən ərazidə kanalizasiya sularının səviyyəsinin yenidən yüksəlməsi yol hərəkətində ciddi problemlər yaradıb.

Elpress.az xəbər verir ki, ərazidə tullantı sularının toplandığı hissədə aparılan yol-təmir işləri yarımçıq qalıb və yolun vəziyyəti daha da pisləşib.

Məlumata görə, yolun yararsız vəziyyətə düşməsi səbəbindən 135 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyəti də çətinləşib. Xırdalan şəhərinin Həsən Əliyev küçəsində yerləşən, sakinlər arasında “120 yolu” kimi tanınan ərazidə yaranan dərin çalalar və keçilməz vəziyyət müasir tipli alçaqdaban avtobusların hərəkətinə mane olur.

Mövcud vəziyyət xüsusilə Bakı Mühəndislik Universiteti istiqamətində hərəkət edən sərnişinlər üçün ciddi çətinlik yaradır. Yeni tədris ilinin başlanması ilə bu problemin daha da kəskinləşəcəyi bildirilir.Sərnişindaşıma şirkətinin nümayəndələri qeyd edirlər ki, yolun bərpası ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, problem hələ də öz həllini tapmayıb.

Sakinlər isə ərazidə yolun təcili təmir olunmasını və kanalizasiya probleminin aradan qaldırılmasını istəyirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan Hərbi Dəniz Qüvvələri 107 illiyini qeyd edir

Next Article

HHM bölmələrinin yeni hərbi obyektləri istifadəyə verilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabahın havası açıqlandı

Aysel Əlibəyli 13 İyun 2026 · 13:24 1136 baxış İyunun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gündüz saatlarında bəzi […]

Pensiya və müavinətlərin ödəniş tarixləri açıqlandı

Aysel Əlibəyli 06 Avqust 2026 · 13:07 1076 baxış Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiya və müavinətlərin ödəniləcəyi tarixlər məlum olub. Elpress.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına əsasən, Bakı, […]