--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibələrin qrafiki açıqlanıb

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:57 1072 baxış

107 dövlət orqanında 391 vakant vəzifə üzrə 1798 müsahibənin keçirilməsi planlaşdırılır

Elpress.az xəbər verir ki, Dövlət orqanlarında mövcud olan vakant vəzifələr üzrə keçiriləcək ümumi müsahibələrin qrafiki müəyyənləşdirilib.İyulun 15-də elan olunan müsabiqə üzrə 107 dövlət orqanında 391 vakant vəzifə namizədlərin müsahibəsinə çıxarılıb. Bu vəzifələr üzrə ümumilikdə 1798 müsahibənin keçirilməsi nəzərdə tutulur.Namizədlərin ən çox müraciət etdiyi vəzifələr arasında “YAŞAT” Fondu ilə iş şöbəsində baş məsləhətçi və Dövlət Turizm Agentliyinin Aparatında insan resurslarının idarə edilməsi sektorunda aparıcı məsləhətçi vəzifələri yer alır. Birinci vəzifə üzrə 63, ikinci vəzifə üzrə isə 42 namizəd qeydiyyatdan keçib.Müsahibələrin sentyabrın 14-dən oktyabrın 29-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçən şəxslər müsahibənin keçiriləcəyi vaxt və məkan barədə məlumatları şəxsi kabinetləri vasitəsilə əldə edə bilərlər.Namizədlərin müsahibədə iştirak etməməsi üzrlü səbəb hesab edilmir və belə hallar məsuliyyətsizlik kimi qiymətləndirilərək müvafiq məlumat bazasında qeydə alınır. İştirakdan imtina etmək istəyən namizəd bunu müsahibədən bir gün əvvəl saat 16:00-dək şəxsi kabineti vasitəsilə rəsmiləşdirə bilər.Üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyən şəxslər üçün yeni müsahibənin təşkili yalnız səbəbi təsdiqləyən müvafiq sənəd təqdim edildikdə mümkün olacaq.Namizədlərə müsahibənin başlanmasına ən azı 30 dəqiqə qalmış keçiriləcəyi ünvanda olmaları tövsiyə edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın çimərlik polosu komandası turnirə hazırlaşır

Next Article

Payız Azərbaycana sentyabrın 23-də gələcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Abşeronda yeni Ailə Sağlamlıq Mərkəzi istifadəyə verildi

Aysel Əlibəyli 03 İyul 2026 · 12:52 1120 baxış Elpress.az xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzinin yeni binasının açılışı olub. Açılış mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin […]

Bakı tələbə şəhərləri reytinqində yüksəlib

Aysel Əlibəyli 22 İyul 2026 · 12:20 1104 baxış Bakı dünyanın ən yaxşı tələbə şəhərləri siyahısında 95-ci yerdə qərarlaşıb Elpress.az xəbər verir ki, QS (Quacquarelli Symonds) təşkilatının 2026-cı il üzrə “Best Student Cities” reytinqinə əsasən, […]

Məleykə Abbaszadə keçid balları ilə bağlı xəbərdarlıq edib

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:13 1080 baxış DİM sədri: Ötən ilin keçid balı builki nəticəni əvvəlcədən müəyyən etmir Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə abituriyentlərə ixtisas seçimi […]