--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Şamaxinka”da 5 marşrutun dayanacağı dəyişdirilir

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 13:02 1150 baxış

Bakının Moskva prospektində yerləşən, “Şamaxinka” kimi tanınan ərazidə bəzi avtobus marşrutlarının dayanacaq məntəqəsi dəyişdiriləcək.

Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Məlumata əsasən, ərazidə müntəzəm marşrut xətləri üzrə nəqliyyatın daha səmərəli təşkili məqsədilə 130, 142, 500, 503 və 508 nömrəli avtobuslar hazırda istifadə etdikləri dayanacaqdan çıxarılacaq.Sözügedən marşrutlarla hərəkət edən sərnişinlər alternativ olaraq “Azərbaycanfilm Kinostudiyası” dayanacağından istifadə edə biləcəklər.Eyni zamanda, “Şamaxinka” ərazisində mövcud dayanacaq sistemi yenidən təşkil olunacaq. Dayanacaq məntəqəsi üç hissəyə bölünəcək və hər bir hissə sərnişinlər üçün aydın nişanlarla işarələnəcək.AYNA-nın bildirdiyinə görə, dəyişikliklərin əsas məqsədi dayanacaq ətrafında avtobusların yaratdığı əlavə sıxlığı azaltmaq və nəqliyyatın hərəkətini daha səmərəli təşkil etməkdir.

Qurum qeyd edib ki, ərazidə sərnişin tələbatının artması nəzərə alınaraq nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə marşrutların optimallaşdırılması, eləcə də ehtiyac yarandığı halda əlavə avtobusların xəttə cəlb olunması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yasamalda “xeyriyyə” adı ilə dələduzluq edən qadın saxlanılıb

Next Article

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıla bilər

Aysel Əlibəyli 23 İyul 2026 · 12:59 1136 baxış Bakı Qızlar Universiteti akkreditasiyadan keçməyib Elpress.az xəbər verir ki, Bakı Qızlar Universiteti dövlət akkreditasiyasından keçə bilməyib. İlkin məlumata görə, bu səbəbdən ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması […]

Sabahdan WUF13 zolaqlarına girən sürücülər cərimələnəcək

Aysel Əlibəyli 14 May 2026 · 18:19 1136 baxış WUF13 tədbiri ilə əlaqədar ayrılan xüsusi hərəkət zolaqlarına sabahdan daxil olan sürücülərə cərimə tətbiq ediləcək. Elpress.az-ın Marja.az-a istinadən verdiyi məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatı-nın Ümumdünya Şəhərsalma […]

600-dən çox bal toplayanların bir qismi tibbə qəbul olmayacaq

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:24 1070 baxış DİM sədri IV qrup üzrə yüksəkballı abituriyentlərin qəbul şansları barədə danışıb Elpress.az xəbər verir ki, IV ixtisas qrupu üzrə yüksək nəticə göstərən abituriyentlərin hamısının tibb ixtisaslarına […]

Nəsimi rayonunda müvəqqəti qaz məhdudiyyəti

Aysel Əlibəyli 10 İyun 2026 · 16:35 1134 baxış Sabah Bakının Nəsimi rayonunda yerləşən bir sıra küçələrdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Elpress.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.Bildirilib ki, təmir-quraşdırma […]