--:--:-- | 01 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Sabahdan WUF13 zolaqlarına girən sürücülər cərimələnəcək

Aysel Əlibəyli 14 May 2026 · 18:19 1122 baxış

WUF13 tədbiri ilə əlaqədar ayrılan xüsusi hərəkət zolaqlarına sabahdan daxil olan sürücülərə cərimə tətbiq ediləcək.

Elpress.az-ın Marja.az-a istinadən verdiyi məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatı-nın Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədilə müvəqqəti xüsusi zolaqlar ayrılıb.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən açıqlamada bildirilib ki, həmin ərazilərdə 5.9 nömrəli — “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” yol nişanlarının quraşdırılması işlərinə start verilib və mayın 15-dən etibarən bu nişanlarla göstərilən zolaqlar fəaliyyət göstərəcək.Müvəqqəti xüsusi hərəkət zolaqları Heydər Əliyev Prospekti, Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov küçəsi, Yusif Səfərov küçəsi, Mehdi Abbasov küçəsi, Mikayıl Əliyev küçəsi və Mikayıl Müşfiq küçəsini əhatə edir.Qanunvericiliyə uyğun olaraq həmin zolaqlar avtobus zolaqları statusu daşıyacaq və müəyyən olunan müddət ərzində ora daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri barəsində cərimə tədbiri görüləcək.Forum başa çatdıqdan sonra isə müvəqqəti quraşdırılan nişanların söküləcəyi və zolaqların yenidən bütün nəqliyyat vasitələrinin istifadəsinə açılacağı qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda sosial tərəfdaşlıq üzrə yeni saziş bağlanıb

Next Article

Donald Tramp Si Cinpin İrana silah göndərilməyəcəyinə zəmanət verib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

FHN bir həftənin statistikasını açıqladı: 443 yanğın, 7 meyit

Aysel Əlibəyli 08 İyun 2026 · 10:01 1114 baxış Fövqəladə Hallar Nazirliyi ötən həftə ərzində ölkə ərazisində baş verən hadisələrlə bağlı statistik məlumatları açıqlayıb. Elpress.az xəbər verir ki, Nazirliyin məlumatına görə, bir həftə ərzində müxtəlif […]

Yeni dərs ilində bir sıra dərsliklər yenilənəcək

Aysel Əlibəyli 27 Avqust 2026 · 13:31 1070 baxış 2026-2027-ci tədris ilində bir sıra fənlər üzrə dərsliklər yenilənmiş məzmunla şagirdlərin istifadəsinə veriləcək. Elpress.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.Yeni tədris […]