--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Şəhidlərin adlarının səliqəsiz yazılmasına etiraz edildi

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:42 1062 baxış

Qazi: Şəhidlərin xatirəsi onların qəhrəmanlığına layiq şəkildə əbədiləşdirilməlidir

Elpress.az xəbər verir ki, Şəhidlərin xatirəsinin qorunması və adlarının layiqincə əbədiləşdirilməsi ilə bağlı çağırış səsləndirilib.“Böyük Qayıdış” Gənclər Təşkilatının sədr müavini, ehtiyatda olan zabit və Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev bildirib ki, şəhidlərin adlarının daş, divar və digər səthlərə səliqəsiz və qeyri-peşəkar formada yazılması düzgün yanaşma deyil.Onun sözlərinə görə, şəhidlərin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq onların xatirəsinə xüsusi həssaslıqla yanaşmağı tələb edir. Şəhid adlarının əbədiləşdirilməsi elə formada həyata keçirilməlidir ki, bu, onların ailə üzvləri və yaxınlarının hisslərinə hörmət ifadə etsin.Əhliyyət Mehdiyev işğaldan azad edilmiş ərazilərin Azərbaycan xalqının Qələbəsi ilə yanaşı, ağır itkilərinin də izlərini daşıdığını vurğulayıb. O qeyd edib ki, bu torpaqlarda tarixi məkanların, abidələrin və digər obyektlərin qorunmasına xüsusi diqqət göstərilməlidir.Qazinin fikrincə, şəhidlərin xatirəsinin yaşadılması yalnız onların adlarının müəyyən yerlərdə yazılması ilə məhdudlaşmamalıdır. Onların həyat və döyüş yollarının gənc nəslə çatdırılması, adlarına məktəblərdə müxtəlif tədbirlərin, yarışların keçirilməsi və muzeylərdə fəaliyyətlərinin nümayiş etdirilməsi daha böyük əhəmiyyət daşıyır.O bildirib ki, bu yanaşma şəhidlərin adlarının yalnız yazılarda deyil, insanların yaddaşında və gələcək nəsillərin düşüncəsində yaşamasına imkan verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tibb işçilərinin əməyinə yüksək qiymət onların məsuliyyətini artırır

Next Article

Naxçıvanda 73 sosial xidmət elektron qaydada göstərilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yasamalda 7 küçədə işıq kəsiləcək

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 08:59 1118 baxış Yasamal rayonunda elektrik şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 20-də bir sıra ünvanlarda enerji təchizatı müvəqqəti dayandırılacaq. Elpress.az xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, […]

Qızılın qiyməti 4 min dollar həddini keçdi

Aysel Əlibəyli 18 İyul 2026 · 11:13 1094 baxış Əmtəə bazarlarında qızılın qiymətində növbəti artım qeydə alınıb. Elpress.az xəbər verir ki, COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin […]

Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 08:32 1132 baxış Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının altıncı ildönümüdür. 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun nəzarətinə keçən şəhər və ətraf kəndlərdə sonrakı illərdə bərpa və yenidənqurma […]

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 14:49 1074 baxış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik mesajı yayımlayıb. Elpress.az xəbər verir ki, paylaşımda Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunması, […]