--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Peşə təhsilində köçürülmə və bərpa prosesi başladı

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:21 1060 baxış

Peşə təhsili alanlar üçün köçürülmə və bərpa müraciətlərinin qəbulu sentyabrın 10-dək davam edəcək

Elpress.az xəbər verir ki, 2026–2027-ci tədris ilinin ilk yarısı üzrə peşə təhsili müəssisələrində təhsilalanların köçürülməsi və təhsilə bərpası ilə bağlı müraciətlərin qəbuluna başlanılıb.Müraciət etmək istəyən şəxslər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq müvafiq xidmətdən istifadə edə bilərlər. Elektron müraciətlərin qəbulu 10 sentyabr saat 18:00-da başa çatacaq.Qaydalara əsasən, təhsil müəssisəsini və ya ixtisasını dəyişən, həmçinin təhsilinə bərpa olunan şəxslər müəyyən istisnalar nəzərə alınmaqla təhsillərini ödənişli əsaslarla davam etdirəcəklər.İlk peşə təhsili səviyyəsində təhsilalanların həm müəssisə, həm də ixtisas dəyişməsinə icazə verilmir. Texniki peşə təhsili səviyyəsində isə birinci kursu başa vurmayan tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişməsi mümkün deyil.İxtisas dəyişikliyi və bərpa prosesi müəyyən edilmiş eyni ixtisas qrupu çərçivəsində həyata keçirilir.Müraciət edən şəxslər nəticələri müraciətlərin qəbulu başa çatdıqdan sonra 15 gün ərzində şəxsi kabinetləri vasitəsilə öyrənə biləcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Uitkoff: Tramp Azərbaycan-Ermənistan münaqişəsini sülh modelinə çevirdi

Next Article

SOCAR-ın “Comstock Resources”la əməkdaşlığı qaz şirkətinə yeni bazarlar açacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəhid anası qızına böyrəyini bağışladı

Aysel Əlibəyli 24 İyul 2026 · 16:09 1076 baxış Şəhid anası qızının həyatı üçün donor olaraq böyrəyini verdi Elpress.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində övladını itirən şəhid anası qızının sağlamlığı üçün donor olaraq […]

Bakıda bu yollardan keçənlərə xəbərdarlıq

Aysel Əlibəyli 24 İyun 2026 · 08:39 1144 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə tıxac müşahidə […]

Azərbaycan Hərbi Dəniz Qüvvələri 107 illiyini qeyd edir

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:43 1066 baxış Bu gün – 5 avqust Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günü qeyd olunur. Bu əlamətdar tarix münasibətilə ölkənin dəniz sərhədlərinin keşiyində dayanan hərbi dənizçilərin xidmətləri bir daha […]