--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Müəllim və şagirdlər üçün yeni geyim tələbləri

Aysel Əlibəyli 07 İyul 2026 · 11:17 1038 baxış

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün geyim tələbləri vahid qaydada müəyyən ediləcək.

Elpress.az xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna edilən düzəlişdə öz əksini tapıb və sənəd üçüncü oxunuşda qəbul edilib.

Yeni qaydalara əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiqləyəcək.

Dəyişikliklərə görə, valideynlər və ya digər qanuni nümayəndələr də övladlarının məktəbdə müəyyən olunmuş geyim formasına riayət etməsini təmin etməyə borclu olacaqlar.

Qanuna əsasən, bundan sonra həm müəllimlər, həm də şagirdlər dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə əməl etməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əli Hacıdan yeni şeir

Next Article

İlham Əliyevin yeni təyin etdiyi nazir müavini kimdir?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Anar İsrafilov vəzifəsindən gedib

Aysel Əlibəyli 19 İyun 2026 · 20:32 1204 baxış Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişikliyi baş verib. Elpress.az xəbər verir ki, qurumun icraçı direktorunun müavini Anar İsrafilov vəzifəsindən ayrılıb.Bununla bağlı TƏBİB-in İdarə Heyətinin […]

Bakı tələbə şəhərləri reytinqində yüksəlib

Aysel Əlibəyli 22 İyul 2026 · 12:20 1022 baxış Bakı dünyanın ən yaxşı tələbə şəhərləri siyahısında 95-ci yerdə qərarlaşıb Elpress.az xəbər verir ki, QS (Quacquarelli Symonds) təşkilatının 2026-cı il üzrə “Best Student Cities” reytinqinə əsasən, […]