--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Külək güclənir: Əhaliyə sarı xəbərdarlıq edildi

Aysel Əlibəyli 11 İyun 2026 · 17:27 1072 baxış

Milli Hidrometeorologiya Xidməti ölkənin bir sıra ərazilərində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq yayıb.

Elpress.az xəbər verir ki, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, iyunun 12-dən 16-dək isə bəzi rayonlarda güclü küləyin müşahidə olunacağı proqnozlaşdırılır.Məlumata görə, Bakı və Abşeronla yanaşı, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Gədəbəy, Göygöl, Qax, Balakən, Samux, Şəki, Zaqatala, Kəlbəcər, Laçın, Neftçala, Qobustan, Xızı, Qusar, Naxçıvan Muxtar Respublikası, Daşkəsən, Goranboy, Naftalan və Şəmkir rayonlarında şimal-qərb küləyi əsəcək.Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürətinin 13,9-20,7 metr/saniyə arasında dəyişəcəyi gözlənilir.Mütəxəssislər vətəndaşlara hava şəraitini nəzərə almağı, açıq ərazilərdə və küləyə həssas məkanlarda ehtiyatlı davranmağı tövsiyə edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Səhiyyə və təhsil nazirləri Qarabağ Universitetində

Next Article

Azərbaycan enerji xəritəsində strateji güc kimi önə çıxır

Bəlkə də, sizin üçün maraqlı olar ...;