--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Səhiyyə və təhsil nazirləri Qarabağ Universitetində

Aysel Əlibəyli 11 İyun 2026 · 17:22 1162 baxış

Səhiyyə naziri Teymur Musayev və elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə, eləcə də universitetin klinikasına səfər ediblər.

Elpress.az xəbər verir ki, nazirlər əvvəlcə universitetin fəaliyyəti və inkişaf istiqamətləri ilə tanış olub, daha sonra fakültənin auditoriyalarına, laboratoriyalarına və Simulyasiya Mərkəzinə baxış keçiriblər. Onlara tələbələrin nəzəri və praktiki hazırlığı üçün yaradılan şərait barədə məlumat verilib.Səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetinin Klinikasında da olub. Burada müasir tibbi avadanlıqlar, laboratoriyalar, müxtəlif şöbələr və göstərilən səhiyyə xidmətləri ilə tanışlıq aparılıb. Qonaqlar tələbə yataqxanasına da baş çəkiblər.Rəsmi proqram çərçivəsində nazirlər tələbələr, müəllimlər və klinikanın əməkdaşları ilə görüş keçiriblər. Müzakirələr zamanı tibb təhsilinin inkişafı, səhiyyə sistemində kadr hazırlığı, gənc həkimlərin peşəkar formalaşması və elmi fəaliyyətin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.İnteraktiv formatda təşkil olunan görüşdə iştirakçıların sualları cavablandırılıb, təhsil və səhiyyə sahələrində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Nazirlər keyfiyyətli tibb təhsilinin və gənclərin peşəkar inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar.Görüşdə Qarabağ Universitetinin region üçün yüksəkixtisaslı tibbi kadrların hazırlanmasındakı rolu, universitet-klinika əməkdaşlığının əhəmiyyəti və Qarabağda müasir təhsil-səhiyyə mühitinin formalaşdırılması istiqamətində görülən işlər də diqqət mərkəzində olub.Tədbir bədii proqramla davam edib, səfər isə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Böyük Britaniya “Ryanair”in qaydalarını araşdırır

Next Article

Külək güclənir: Əhaliyə sarı xəbərdarlıq edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Sea Breeze”də tarixi arena qurulur

Aysel Əlibəyli 26 May 2026 · 17:35 1256 baxış “Sea Breeze” kurort kompleksi yeni və böyük bir layihə ilə genişlənir. Kompleksin ərazisində 50 min tamaşaçı tutumuna malik “Dream Arena” adlı konsert məkanının inşa edilməsi nəzərdə […]

FHN-dən həftəsonu çimərliyə gedənlərə vacib xəbərdarlıq

Aysel Əlibəyli 11 İyul 2026 · 10:56 1124 baxış Həftəsonu çimərliklərdə istirahət etməyi planlaşdıran vətəndaşlara Fövqəladə Hallar Nazirliyi mühüm təhlükəsizlik çağırışı edib. Elpress.az xəbər verir ki, Yay mövsümünün ən isti günlərində, xüsusilə həftəsonları minlərlə insan […]

Məleykə Abbaszadə keçid balları ilə bağlı xəbərdarlıq edib

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:13 1090 baxış DİM sədri: Ötən ilin keçid balı builki nəticəni əvvəlcədən müəyyən etmir Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə abituriyentlərə ixtisas seçimi […]

Bakıda daha bir yolda təmir işləri başlayır

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:53 1078 baxış Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində hərəkət məhdudlaşdırıla bilər Elpress.az xəbər verir ki, Bakının bir sıra ərazilərində yol təmiri işləri davam etdirilir.Azərbaycan Avtomobil Yolları […]