--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Kənd təsərrüfatı naziri Lerikdə vətəndaşları qəbul etdi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:13 1042 baxış

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerikdə keçirilən qəbul zamanı bir neçə rayonun sakinlərinin müraciətlərini dinləyərək qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaş qəbullarını davam etdirirlər. Növbəti qəbul Kənd təsərrüfatı naziri Məcnun Məmmədov tərəfindən Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirilib.Qəbul zamanı Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib, onların ərizə və şikayətlərinə baxılıb. Görüşdən əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib.Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda vətəndaşlar əsasən məşğulluq, torpaq sahələrinin icarəyə verilməsi, kənd təsərrüfatı təyinatlı kreditlərin ayrılması, subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikaları ilə təminat, suvarma və digər aqrar məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.Məcnun Məmmədov hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Müraciətlərin bir hissəsi yerində həll olunub, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə baxılması üçün müvafiq dövlət qurumlarına yönləndirilməsi məqsədilə qeydiyyata alınıb.Görüş zamanı iştirakçılara “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda aqrar sahədə yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, fermerlərin müasir xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və dövlət dəstəyi tədbirləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Bildirilib ki, dövlət başçısının aqrar sektorun inkişafına yönəlmiş qərarları kənd təsərrüfatı istehsalçılarının rifahının yüksəlməsinə və sahənin davamlı inkişafına mühüm töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AQTA Ağcabədidə kafedə ciddi nöqsanlar aşkarladı

Next Article

Bakıda zəncirvari qəza: Yaralıların son durumu məlum oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tovuzun Cəlilli kəndinə içməli su sevincı

Aysel Əlibəyli 09 İyun 2026 · 11:56 1118 baxış Tovuz rayonunun Cəlilli kəndində içməli su təchizatı layihəsinin açılışı həyata keçirilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar […]

Bakı Zooparkı yenidən təşkil olunur

Aysel Əlibəyli 23 İyul 2026 · 13:02 1014 baxış Bakı Zooparkı Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə birləşdiriləcək Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Bakı Şəhər Heyvanat Parkı (Zoopark) ləğv edilərək yeni […]

Bakıda bu yollarda nəqliyyat sıxlığı müşahidə olunur

Aysel Əlibəyli 02 İyul 2026 · 08:55 1048 baxış Elpress.az xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi […]

“Yüksəliş”də həlledici tur reallaşdı

Aysel Əlibəyli 14 İyun 2026 · 11:45 1070 baxış VI “Yüksəliş”in son turu keçirilib Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, VI “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi çərçivəsində Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda iki sessiya üzrə […]