--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Tovuzun Cəlilli kəndinə içməli su sevincı

Aysel Əlibəyli 09 İyun 2026 · 11:56 1178 baxış

Tovuz rayonunun Cəlilli kəndində içməli su təchizatı layihəsinin açılışı həyata keçirilib.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, eləcə də rayon ictimaiyyəti, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.Bildirilib ki, regionlarda içməli su və suvarma təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr dayanıqlı inkişafın əsas prioritetlərindən biridir. Qeyd olunub ki, bu istiqamətdə işlər ölkə üzrə mərhələli şəkildə davam etdirilir.Layihə çərçivəsində kənddə mərkəzləşdirilmiş su təchizatı sisteminin qurulması məqsədilə mövcud şəhər su şəbəkəsindən istifadə olunaraq yeni xətlər çəkilib və müxtəlif ərazilərdə ictimai bulaqlar quraşdırılıb.Məlumata əsasən, ümumilikdə 8 kilometr su xətti inşa edilib, 27 ictimai bulaq istifadəyə verilib. Layihə Cəlilli kəndinin 2275 nəfər əhalisinin gündəlik 180 kubmetr su tələbatının ödənilməsinə imkan yaradacaq.Qeyd edək ki, Tovuz şəhərinin su təchizatı Zəyəmçay məcrasında yerləşən üfüqi suqəbuledici qurğu və Tovuzçay su anbarındakı subartezian quyuları vasitəsilə həyata keçirilir. Şəhərin su və kanalizasiya infrastrukturu üzrə ümumi şəbəkə genişliyi də açıqlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İranda “Etimad” qəzeti və redaktoru barədə cinayət işi açılıb

Next Article

Təhlükəli macəra: blogger vəhşi qəbilələrin arasında sağ qaldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Bakının 4 rayonunda qaz olmayacaq”

Aysel Əlibəyli 24 May 2026 · 21:19 1120 baxış Sabah Bakının 4 rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. Bu barədə Elpress.az – a SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Qeyd […]

HHM bölmələrinin yeni hərbi obyektləri istifadəyə verilib

Aysel Əlibəyli 05 Avqust 2026 · 11:08 1070 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib. Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, […]