--:--:-- | 15 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“Yüksəliş”də həlledici tur reallaşdı

Aysel Əlibəyli 14 İyun 2026 · 11:45 1112 baxış

VI “Yüksəliş”in son turu keçirilib

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, VI “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi çərçivəsində Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda iki sessiya üzrə keçirilən İdarəetmə bacarıqları imtahanı baş tutub. Analitik təhlil imtahanını uğurla tamamlayan 1468 namizəd bu mərhələdə iştirak hüququ qazanıb.Müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, imtahan 3 hissədən — “Sabit situasiya əsaslı tapşırıqlar”, “Şaxələnən situasiya əsaslı tapşırıqlar” və “Emosional zəka” bloklarından ibarət olub və iştirakçılara ümumilikdə 120 tapşırıq təqdim edilib. İmtahanın ümumi müddəti isə 4 saat təşkil edib.Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmə standartlarına uyğun təşkil olunan imtahanın xüsusiyyətlərindən biri də xaricdə yaşayan namizədlərin distant formatda, proktorinq sistemi vasitəsilə və iki sessiya üzrə iştirak etməsidir. Proses zamanı təhlükəsizlik və şəffaflığın təmin olunması üçün müasir texnoloji həllərdən istifadə edilib, nəticələr isə T-şkala əsasında qiymətləndirilərək daha obyektiv və müqayisəli dəyərləndirmə imkanı yaradılıb.İmtahan nəticələrinin 5–7 iş günü ərzində iştirakçılara hesabat formasında təqdim olunacağı bildirilir. Əyani mərhələni uğurla tamamlayan namizədlər müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.Qeyd edək ki, VI mövsüm üzrə “Yüksəliş” müsabiqəsinə indiyədək 17 651 nəfər qeydiyyatdan keçib, onlardan 6112-si Analitik təhl

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Keçmiş arvadı ilə qayınanasını öldürdü.

Next Article

Britaniya Rusiyanın neft tankerini saxladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu il 116 mindən çox şagird məzun olur

Aysel Əlibəyli 11 İyun 2026 · 18:17 1106 baxış Bu il ölkə üzrə 116 min 550 şagird məzun olur Bu il ölkə üzrə 116 min 550 şagird məzun adını qazanır 🎓 Onların 55 min 954-ü […]

Bakı-Sumqayıt taksiləri ilə bağlı qayda narazılıq yaradır

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:20 1042 baxış Taksi sürücülərinin digər şəhərdən geri qayıdarkən sərnişin götürə bilməməsi həm sürücülərə, həm də sərnişinlərə təsir edir Elpress.az xəbər verir ki, Bakı-Sumqayıt marşrutu üzrə taksi fəaliyyəti zamanı […]

Hövsanda yeni ödənişsiz ictimai çimərlik istifadəyə verildi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:49 1122 baxış Suraxanı rayonunun Hövsan qəsəbəsində sakinlərin rahat istirahəti üçün yeni ictimai çimərlik yaradılıb. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü […]

DOST Mərkəzi və filiallarında 360-dək benefisiar təlim alır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:54 1022 baxış Həssas qruplardan olan şəxslər 14 istiqamət üzrə bacarıqlarını inkişaf etdirirlər Elpress.az xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarında hazırda 360-dək benefisiar […]