--:--:-- | 25 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İsa Həbibbəyli: 10 ildə 50-dən çox yaşayış məntəqəsinin adı milli yaddaşa uyğun dəyişdirilib

Aysel Əlibəyli 25 May 2026 · 11:00 73 baxış

Azərbaycanda tarixi toponimlərin bərpası istiqamətində işlər davam edir.

Elpress.az Azərtac-a istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ana dili: kimlik və gələcək” mövzusunda keçirilən respublika konfransında deyib.O bildirib ki, saxtalaşdırılmış yer adlarının dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Akademikin sözlərinə görə, yaxın zamanda Quba rayonunda üç kəndin adı dəyişdirilib.İsa Həbibbəyli qeyd edib ki, Vladimirovka kənd sakinləri yaşayış məntəqəsinin “Elbir” adlandırılması təşəbbüsü ilə Milli Məclisə müraciət ediblər. O vurğulayıb ki, bu ad həm birlik mənası daşıyır, həm də dilimiz üçün yeni ifadə hesab olunur.Akademik əlavə edib ki, əvvəllər Alekseyevka, Nikolayevka və sovet ideologiyasını əks etdirən digər kənd adları mövcud idi. Son 10 ildə isə Toponimiya Komissiyası tərəfindən 50-dən çox yaşayış məntəqəsinin adı tarixi və milli yaddaşa uyğun şəkildə dəyişdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qafqaz Müsəlmanları İdarəsi Qurban Bayramı ilə bağlı fətva yayıb

Next Article

Qəbulun II cəhdi üçün qeydiyyat başladı.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Yüksəliş”də həlledici tur reallaşdı

Aysel Əlibəyli 14 İyun 2026 · 11:45 44 baxış VI “Yüksəliş”in son turu keçirilib Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, VI “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi çərçivəsində Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda iki sessiya üzrə […]