--:--:-- | 27 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Zakir Həsənov: Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biridir

Aysel Əlibəyli 25 İyun 2026 · 15:54 1104 baxış

Elpress.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun maddi-texniki təminatı, müasir silah arsenalı, texnoloji imkanları və peşəkar şəxsi heyəti ilə regionun ən güclü ordularından biri olduğunu bildirib.

Nazir bu fikirləri Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun məzun buraxılışı mərasimində səsləndirib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasəti Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə yüksəlib.

Zakir Həsənov vurğulayıb ki, Ali Baş Komandanın “Bizim ordumuz bizim qürurumuzdur” ifadəsi bu gün öz təsdiqini tapmış reallıqdır.

Müdafiə naziri xatırladıb ki, bu il 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin altıncı ildönümü qeyd olunur. Onun sözlərinə görə, həmin qələbə təkcə hərbi üstünlüyün deyil, həm də milli birliyin, siyasi iradənin və ordunun peşəkarlığının təntənəsi idi.

Zakir Həsənov məzunlara müraciət edərək bildirib ki, onlar gələcəkdə rəhbər və komandir kimi xidmət edəcək, ölkənin müdafiə potensialının daha da güclənməsinə töhfə verəcəklər.

Nazir, həmçinin zabitlərin hazırlanmasında Türkiyə Silahlı Qüvvələrinin rolunu yüksək qiymətləndirib və buna görə təşəkkürünü ifadə edib.O əlavə edib ki, Azərbaycan, Qırğızıstan və Tacikistandan olan məzunlar əldə etdikləri bilik və bacarıqlarla ölkələri arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə də töhfə verəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan elmi üçün mühüm uğur: Rusiyadan rəsmi tanınma

Next Article

Hikmət Hacıyev Fransa ilə əlaqələrin gələcəyini müzakirə etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp İlham Əliyevi G20 Liderlər Sammitinə dəvət edib

Aysel Əlibəyli 13 İyul 2026 · 11:42 1084 baxış ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə xüsusi qonaq qismində dəvət edib. Elpress.az xəbər verir ki, Bu barədə Qırğızıstanın ABŞ-dakı […]

Azad edilmiş ərazilərdəki evlər köçkünlərə veriləcək

Aysel Əlibəyli 23 İyul 2026 · 13:45 1062 baxış Azad edilmiş ərazilərə köçürülən məcburi köçkünlər yaşayış sahələrini mülkiyyətə əldə edəcəklər. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi qanuna əsasən, işğaldan azad edilmiş ərazilərdə daimi […]

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:58 1042 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını […]

Azərbaycan–Aİ Prioritetləri Razılaşdırıldı

Aysel Əlibəyli 03 İyun 2026 · 18:21 1170 baxış Bakıda 2-3 iyun tarixlərində Azərbaycan və Avropa İttifaqı nümayəndələri yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illər üçün nəzərdə tutulan Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparıblar. Elpress.az-ın […]