--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

FHN sürücülərə müraciət edib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:51 1074 baxış

Nazirlik xüsusi təyinatlı avtomobillərin hərəkətinə mane olmamağa çağırıb

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi şəhər yollarında yaranan sıxlıqla əlaqədar avtomobil sürücülərinə müraciət edib.Nazirlikdən bildirilib ki, yay istirahət mövsümünün başa çatması və yeni tədris ilinin başlaması ilə əlaqədar şəhərdaxili yollarda nəqliyyat sıxlığı artıb. Bu vəziyyət yanğınsöndürən və xilasetmə avtomobillərinin fövqəladə hadisə ünvanlarına vaxtında çatmasına çətinlik yaradır.Xüsusilə bəzi sürücülərin hadisə yerinə hərəkət edən xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol verməməsi yanğın, qəza və digər fövqəladə halların nəticələrinin operativ şəkildə aradan qaldırılmasına mane olur.FHN sürücüləri yollarda hərəkət edən yanğınsöndürən və xilasetmə avtomobillərinə dərhal yol verməyə çağırıb.Qeyd olunub ki, xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. Belə hallarda fövqəladə hadisə yerinə vaxtında çatmaq və təhlükədə olan insanların həyatını xilas etmək üçün görülən tədbirlər də çətinləşir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Metro və dəmir yolu layihələri üçün torpaq alınması qaydaları dəyişdirilir

Next Article

İnam Kərimov Seulda beynəlxalq məhkəmə konfransında iştirak edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan keçir

Elşən 18 May 2026 · 10:19 1119 baxış Müasir dövrdə şəhərlərin üzləşdiyi problemlər dayanıqlı inkişaf məsələsini daha vacib edir. Belə beynəlxalq tədbirlər isə ölkələr və şəhərlər arasında təcrübə və bilik paylaşımını gücləndirən mühüm platforma rolunu […]

Qəbul imtahanının ikinci cəhdində iştirak etmək istəyənlər

Aysel Əlibəyli 01 İyun 2026 · 15:03 1162 baxış I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdində iştirak üçün qeydiyyat 2026-cı il iyunun 1-dən 8-dək həyata keçiriləcək. Elpress.az-ın Qafqazinfo.az-a […]

ABŞ rəsmisi Şəhidlər xiyabanını ziyarət edib

Aysel Əlibəyli 02 İyun 2026 · 17:13 1160 baxış Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Şəhidlər xiyabanında olub. Elpress.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bununla bağlı açıqlama ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkə […]