--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İnam Kərimov Seulda beynəlxalq məhkəmə konfransında iştirak edib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:57 1108 baxış

Ali Məhkəmənin sədri məhkəmə hakimiyyəti və süni intellektin tətbiqi ilə bağlı müzakirələrdə çıxış edib

Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 16–18-də Koreya Respublikasının paytaxtı Seulda keçirilən Asiya və Sakit okean regionu ölkələri Ali Məhkəmələri sədrlərinin 20-ci Konfransında iştirak edib.Tədbirdə məhkəmə hakimiyyətinin rolu, hüquq və məhkəmə sistemində süni intellektdən istifadə, hakimlərin müasir tələblərə uyğun hazırlanması, məhkəmələrə ictimai etimadın artırılması, media ilə əlaqələr, məhkəmə müstəqilliyi, arbitrajın inkişafı və digər aktual məsələlər müzakirə olunub.İnam Kərimov “Məhkəmə hakimiyyətinin rolu – müxtəlif yurisdiksiyalardan fərqli baxışlar” mövzusunda keçirilən sessiyada məruzə ilə çıxış edib. O, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları, məhkəmə sisteminin müasir çağırışlara uyğun inkişafı, məhkəmə müstəqilliyinin təmin edilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib.Çıxış zamanı məhkəmə xidmətlərinin əlçatanlığının genişləndirilməsi və müasir çağırışların həllində beynəlxalq əməkdaşlığın əhəmiyyəti də vurğulanıb.Səfər çərçivəsində İnam Kərimov Koreya, Latviya, Çexiya və Türkiyənin ali məhkəmələrinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

FHN sürücülərə müraciət edib

Next Article

Baş prokuror yanında Elmi-Məsləhət Şurası toplanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MN-in hərbi qulluqçuları təltif olundu

Aysel Əlibəyli 25 İyun 2026 · 16:30 1222 baxış Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu xidmətlərə görə yüksək qiymətləndirilib və təltif edilib Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu xidmət […]

Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:06 1120 baxış Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində […]

Berdiməhəmmədov: Azərbaycanın C5+1 formatına qoşulması yeni imkanlar yaradır

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 11:00 1082 baxış Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq formatına qoşulması regionlararası əlaqələrin genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib. Elpress.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Avaza”da […]