--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

FHN Lənkəranda texniki təhlükəsizliklə bağlı seminar keçirib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:03 1066 baxış

Sənaye müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə olunub

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.Tədbirin əsas məqsədi təhlükə potensiallı obyektlərdə fəaliyyət göstərən sənaye müəssisələrində texniki təhlükəsizliyin mövcud vəziyyətini qiymətləndirmək və mümkün bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirləri müzakirə etmək olub.Seminarda Agentliyin əməkdaşları, Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazilərdə fəaliyyət göstərən yerli icra hakimiyyəti nümayəndələri və müxtəlif sənaye sahələrində çalışan sahibkarlar iştirak ediblər.Çıxışlar zamanı sənaye müəssisələrində təhlükəsizlik tələblərinə riayət olunmasının vacibliyi vurğulanıb. Həmçinin texniki təhlükəsizliyin təmin edilməsi, mövcud qayda və normativ sənədlərin tətbiqi, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və profilaktik tədbirlərin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb.Tədbirdə sənaye və dağ-mədən sahələrində mövcud təhlükəsizlik problemləri barədə fikir mübadiləsi aparılıb, bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı təkliflər səsləndirilib.Sonda mövzu ətrafında geniş müzakirələr keçirilib və iştirakçıların sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xarici diplomatlar Qarabağ Universitetinə səfər ediblər

Next Article

Hövsan yolundakı sıxlığın səbəbi açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Moped sürücüləri üçün yeni qaydalar qüvvəyə minir

Aysel Əlibəyli 04 İyun 2026 · 21:23 1205 baxış Azərbaycanda mopedlərin istismarı ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur. Yeni dəyişikliklərə əsasən, bu nəqliyyat vasitələrinin sahibləri bir sıra əlavə öhdəlikləri yerinə yetirməli olacaqlar.Elpress.az FED.az-a istinadən xəbər […]

Jurnalistika imtahanında yenilik

Aysel Əlibəyli 21 İyul 2026 · 15:30 1112 baxış Jurnalistika üzrə qabiliyyət imtahanında inşa ilk dəfə kompüterdə yazılacaq Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçiriləcək qabiliyyət imtahanında […]

FHN və DSX Sahil Mühafizəsində birgə təlim keçirib

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:41 1080 baxış Təlim zamanı şərti yanğına müdaxilə və xilasetmə əməliyyatları həyata keçirilib Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri ilə […]

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıla bilər

Aysel Əlibəyli 23 İyul 2026 · 12:59 1138 baxış Bakı Qızlar Universiteti akkreditasiyadan keçməyib Elpress.az xəbər verir ki, Bakı Qızlar Universiteti dövlət akkreditasiyasından keçə bilməyib. İlkin məlumata görə, bu səbəbdən ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması […]