--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

FHN-də Anım Gününə həsr olunmuş tədbirlər keçirilib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:47 1068 baxış

Şəhidlərin xatirəsi ehtiramla yad edilib

Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrində müxtəlif tədbirlər təşkil olunub.Tədbirlər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması və onun xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.Çıxışlarda 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun əldə etdiyi nəticələr və ölkənin ərazi bütövlüyünün bərpası barədə danışılıb. Həmçinin 2023-cü ildə keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin bütün ərazidə bərpa olunduğu vurğulanıb.Tədbirlərdə torpaqların azadlığı uğrunda canlarından keçən hərbçilərin qəhrəmanlığından bəhs olunub və şəhidlərin xatirəsinin daim ehtiramla yad ediləcəyi bildirilib.Anım Günü münasibətilə tədbir iştirakçılarına videoçarx nümayiş etdirilib.Bununla yanaşı, FHN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini yad edib. Nazirliyin əməkdaşlarının iştirakı ilə genişmiqyaslı ağacəkmə aksiyası da keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Müxtəlif vədlərlə dələduzluq edən şəxs saxlanılıb

Next Article

Bolqarıstanda Anım Günü qeyd olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 16:15 1066 baxış Şəhidlər bir dəqiqəlik sükutla anılıb Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar saat 12:00-da Kəlbəcər şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən […]

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 14 İyul 2026 · 20:14 1104 baxış Bakının Səbail və Nəsimi rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar iki küçədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Elpress.az xəbər verir ki , Sürücülərə marşrutlarını əvvəlcədən planlaşdırmaq və […]

İrakli Kobaxidze WUF13 üçün Azərbaycana gəlib

Elşən 18 May 2026 · 10:23 1125 baxış Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana səfər edib. Elpress.az-ın Apa-ya istinadən verdiyi məlumata əsasən, səfər barədə ölkənin […]