--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

FHN-dən həftəsonu çimərliyə gedənlərə vacib xəbərdarlıq

Aysel Əlibəyli 11 İyul 2026 · 10:56 1102 baxış

Həftəsonu çimərliklərdə istirahət etməyi planlaşdıran vətəndaşlara Fövqəladə Hallar Nazirliyi mühüm təhlükəsizlik çağırışı edib.

Elpress.az xəbər verir ki, Yay mövsümünün ən isti günlərində, xüsusilə həftəsonları minlərlə insan dəniz və digər su hövzələrinə üz tutur. Bu səbəbdən Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyin həyati əhəmiyyət daşıdığını bir daha xatırladıb.Nazirlik bildirib ki, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi şəxslərin təhlükəsizlik qaydalarına laqeyd yanaşması hər il suda boğulma və digər bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Bu cür halların qarşısını almaq üçün vətəndaşlar yalnız rəsmi çimərliklərdən istifadə etməli, təhlükəli ərazilərdə suya girməkdən çəkinməlidirlər.FHN-in xəbərdarlığına əsasən, kanal, çay, arx və çimərlik kimi nəzərdə tutulmayan digər su hövzələrində çimmək, işarələnmiş çimmə zonasından kənara üzmək, küləkli hava şəraitində dənizə daxil olmaq, çimərlikdə gecələmək, sərxoş vəziyyətdə suya girmək, suda kobud davranışlar nümayiş etdirmək, eləcə də xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərlə çimərlik ərazisinə daxil olmaq qəti qadağandır.Nazirlik valideynlərə də xüsusi çağırış edərək vurğulayıb ki, uşaqlar çimərlikdə bir an belə nəzarətsiz buraxılmamalı, xəbərdaredici nişanların tələblərinə və xilasedicilərin göstərişlərinə mütləq əməl edilməlidir. Eyni zamanda, qızmar günəş altında uzun müddət qalmağın və hava qaraldıqdan sonra suya girməyin ciddi təhlükə yaratdığı diqqətə çatdırılıb.Fövqəladə Hallar Nazirliyi bir daha xatırladıb ki, təhlükəsizlik qaydalarına əməl etmək hər bir vətəndaşın öz həyatını və yaxınlarının təhlükəsizliyini qoruması üçün vacibdir. Hər hansı fövqəladə vəziyyətlə qarşılaşdıqda isə vaxt itirmədən 112 qaynar xəttinə zəng edilməsi tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Çempionlar Gecəsində Azərbaycan boksçusundan qələbə

Next Article

Dünya bazarında neftin qiyməti enməyə başladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Su 25 dərəcəyə çatacaq, bəzi ərazilərə xəbərdarlıq edildi

Aysel Əlibəyli 24 İyun 2026 · 19:10 1112 baxış Abşeron çimərliklərində hava əlverişli olacaq: Dəniz suyu isinir, bəzi sahələrdə çirklənmə aşkarlanıb İyunun 25-də Abşeron çimərliklərində hava şəraitinin əlverişli keçəcəyi, dəniz suyunun temperaturunun isə bəzi ərazilərdə […]

Qəbul imtahanında 4 abituriyent maksimum – 400 bal topladı

Aysel Əlibəyli 17 İyul 2026 · 17:34 1070 baxış Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilmiş qəbul imtahanının ən yüksək nəticələrini açıqlayıb. Məlumata görə, imtahanda ümumilikdə dörd abituriyent maksimal […]

Masazırda yağış yolları keçilməz vəziyyətə saldı

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 09:11 1082 baxış Yağan yağış Masazır qəsəbəsində bəzi küçələrdə hərəkəti çətinləşdirib. Bir sıra yollarda suyun toplanması nəticəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkətində problemlər yaranıb. Elpress.az xəbər verir ki, xüsusilə […]