--:--:-- | 25 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan keçir

Elşən 18 May 2026 · 10:19 37 baxış

Müasir dövrdə şəhərlərin üzləşdiyi problemlər dayanıqlı inkişaf məsələsini daha vacib edir. Belə beynəlxalq tədbirlər isə ölkələr və şəhərlər arasında təcrübə və bilik paylaşımını gücləndirən mühüm platforma rolunu oynayır.

Elpress.az-ın Azərtac-a istinadən verdili məlumata əsasən, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Mozambikin Matola bələdiyyəsinin memarı və şəhərsalma üzrə mütəxəssisi Manuel Nhanzima bildirib.

O vurğulayıb ki, forum iştirakçılara öz təcrübələrini təqdim etməklə yanaşı, müxtəlif ölkələrdə tətbiq olunan yeni və innovativ şəhərsalma yanaşmaları ilə tanış olmaq imkanı yaradır: “Dayanıqlı şəhərlərin qurulması beynəlxalq əməkdaşlıq və ortaq yanaşma tələb edir. Biz yalnız ayrı-ayrı ölkə və ya bələdiyyə kimi deyil, qlobal birliyin üzvü olaraq düşünməliyik. Dünyada həyata keçirilən layihələri izləmək və bu imkanlardan yararlanmaq böyük əhəmiyyət daşıyır”.

Manuel Nhanzima hesab edir ki, Azərbaycan dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq gündəliyə ciddi töhfə verə bilər. Onun fikrincə, ölkə xüsusilə bilik və təcrübə mübadiləsi istiqamətində önəmli rol oynamaq potensialına malikdir. Eyni zamanda, mənzil təminatı və şəhərsalma ilə bağlı problemlərin həlli üçün maliyyə resurslarının artırılması məsələsi də əsas prioritetlərdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Çində zəlzələdən sonra minlərlə insan təxliyə edildi

Next Article

İrakli Kobaxidze WUF13 üçün Azərbaycana gəlib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

WUF13-ün bağlanış və bayraq endirmə mərasimi keçirildi.

Aysel Əlibəyli 22 May 2026 · 17:45 52 baxış Bakıda keçirilən WUF13 çərçivəsində bağlanış mərasimindən sonra rəsmi bayraq endirmə tədbiri baş tutub. Elpress.az- ın Qafqazinfo- a istinadən məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən mərasim zamanı […]

Neftçalada növbəti səyyar qəbul baş tutdu

Aysel Əlibəyli 11 İyun 2026 · 18:06 56 baxış Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Pirəbbə kəndində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirərək onların müraciət və təkliflərini dinləyib. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun […]