--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Çində zəlzələdən sonra minlərlə insan təxliyə edildi

Elşən 18 May 2026 · 08:28 1148 baxış

Çinin Quansi Çjuan Muxtar Rayonunda qeydə alınan 5,2 bal gücündə zəlzələ nəticəsində 7 mindən artıq sakin təhlükəsizlik məqsədilə ərazidən təxliyə olunub.

Bu barədə Nanfang Ribao qəzeti xəbər yayıb. Bildirilir ki, hadisədən sonra üç nəfərin taleyi hələ də naməlum olaraq qalır.

Yeraltı təkanlar nəticəsində azı 13 yaşayış binası ciddi şəkildə zərər görüb, dörd nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hazırda xilasedicilər bölgədə axtarış və xilasetmə işlərini davam etdirirlər.

Çin Zəlzələ Administrasiyası hadisə ilə bağlı fövqəladə reaksiya sistemində üçüncü səviyyəli xəbərdarlıq elan edib. Qeyd olunur ki, bu sistemdə birinci səviyyə ən yüksək təhlükə mərhələsi sayılır.

Zəlzələ mayın 18-nə keçən gecə Liuzhou şəhərinin Liunan rayonunda baş verib. Yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib. Təxminən 4 milyondan çox əhalisi olan şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

WUF13 Türkiyə mediasının diqqət mərkəzində

Next Article

Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan keçir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiyada iki zavodda neft emalı dayandırılıb

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 21:54 1094 baxış Dron hücumlarından sonra Sızran və Saratovdakı müəssisələrdə istehsal dayandırılıb Elpress.az xəbər verir ki, Ukraynanın bu ay həyata keçirdiyi dron hücumlarından sonra Rusiyanın Sızran və Saratov şəhərlərində […]

İŞİD-in yüksək səviyyəli liderlərindən biri Suriyada öldürüldü

Aysel Əlibəyli 24 İyun 2026 · 19:31 1144 baxış Suriyada keçirilən əməliyyatda İŞİD liderlərindən biri məhv edilib ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şimal-qərbində həyata keçirdiyi hava əməliyyatı nəticəsində İŞİD-in yüksək rütbəli liderlərindən birinin öldürüldüyünü açıqlayıb.Məlumata […]

ABŞ Venesuelaya 2 min hərbçi göndərdi

Aysel Əlibəyli 02 İyul 2026 · 18:06 1146 baxış Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra ABŞ humanitar yardım və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bölgəyə genişmiqyaslı hərbi qüvvə cəlb edib. Elpress.az xəbər verir ki, ABŞ Müdafiə […]