--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Neftçalada növbəti səyyar qəbul baş tutdu

Aysel Əlibəyli 11 İyun 2026 · 18:06 1184 baxış

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Pirəbbə kəndində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirərək onların müraciət və təkliflərini dinləyib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun Pirəbbə kənd sakinləri ilə keçirdiyi növbəti səyyar qəbul zamanı vətəndaşların sosial və məişət məsələləri ilə bağlı müraciətləri dinlənilib, onları narahat edən problemlər ətraflı şəkildə müzakirəyə çıxarılıb.Görüşdə Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun əsaslı təmiri və yolboyu dayanacaqların quraşdırılması, torpaq sahələri ilə təmin olunma, yaşayış evlərinin təmirinə dəstək göstərilməsi, elektrik təsərrüfatının yenilənməsi, Bucaq suvarma kanalının lildən təmizlənərək istifadəyə yararlı vəziyyətə gətirilməsi, Neftçala rayon Müşfiq Babayev adına Pirəbbə kənd ümumi orta məktəbinin fəaliyyətinin davam etdirilməsi üçün köməklik göstərilməsi, kəndlərarası marşrut xəttinin bərpası, örüş təyinatlı torpaqların kateqoriyasının dəyişdirilərək daha səmərəli istifadəsinin təmin edilməsi və digər mühüm sosial məsələlərlə bağlı sakinlərin təklif və müraciətləri səsləndirilib.Qaldırılan hər bir məsələ diqqətlə nəzərdən keçirilib, vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilərək aidiyyəti üzrə geniş müzakirələr aparılıb. Səsləndirilən problemlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib, məsələlərin icra vəziyyətinin nəzarətdə saxlanılacağı bildirilib.Sakinlər göstərilən diqqət və qayğıya, onların müraciətlərinə həssas yanaşılmasına, eləcə də Neftçala rayonunda həyata keçirilən abadlıq, quruculuq və sosial layihələrə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İqtisadi Şuradan Ələt Zonasına yeni tapşırıqlar

Next Article

Donald Trump: “İranda elektrik stansiyaları və körpülər hədəf deyil

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paytaxtın 5 küçəsində sürücülərə məhdudiyyət

Aysel Əlibəyli 16 İyul 2026 · 00:32 1088 baxış AAYDA Bakının beş küçəsində aparılacaq təmir işləri ilə əlaqədar hərəkət məhdudiyyəti tətbiq ediləcəyini açıqlayıb Elpress.az xəbər verir ki , Bakıda yol infrastrukturunun yenilənməsi istiqamətində növbəti təmir […]

Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 16:15 1098 baxış Şəhidlər bir dəqiqəlik sükutla anılıb Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar saat 12:00-da Kəlbəcər şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən […]

Bakıda oktyabrın 11-də bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:02 1082 baxış Paytaxtda oktyabrın 11-də beynəlxalq tədbirə hazırlıqla əlaqədar nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək. Sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmaq tövsiyə olunur. Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat […]