--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakıda 21 avtobus marşrutunun sxemi dəyişdirilib

Aysel Əlibəyli 29 Avqust 2026 · 15:36 1050 baxış

Təmir işləri səbəbindən bəzi avtobuslar müvəqqəti olaraq alternativ yollardan istifadə edəcək

Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunda və Abşeronun Mehdiabad qəsəbəsində aparılan təmir-tikinti işləri nəqliyyatın hərəkətinə müvəqqəti dəyişikliklərə səbəb olub.AYNA-nın məlumatına görə, Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsində tətbiq olunan məhdudiyyət səbəbindən 20 müntəzəm avtobus marşrutunun hərəkəti alternativ küçələrə yönləndirilib. Dəyişiklik 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli marşrutlara aiddir.Bildirilir ki, həmin avtobusların əvvəlki hərəkət sxeminə bir gün ərzində qayıtması nəzərdə tutulur.Mehdiabad qəsəbəsində Cəlil Məmmədquluzadə küçəsində, yəni Mehdiabad-Pirşağı yolunda tətbiq edilən məhdudiyyətlə əlaqədar 179 nömrəli marşrutun hərəkət istiqamətində də dəyişiklik edilib.Bu marşrut üzrə avtobuslar bir həftə müddətində Təbriz, Məhəmmədhüseyn Şəhriyar, 28 May, Fazil İsmayılov və Məhəmməd Əmin Rəsulzadə küçələrindən istifadə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda və Abşeronda bəzi avtobusların hərəkət sxemi dəyişdirildi

Next Article

Sabah Bakıda yağış, rayonlarda dolu gözlənilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEDİA statistik məlumatların düzgün təqdim edilməsinə çağırdı

Aysel Əlibəyli 20 İyun 2026 · 19:01 1100 baxış MEDİA xəbər və statistik məlumatların yayımında mənbə, metodologiya və kontekstin düzgün göstərilməsinin vacibliyini vurğulayıb. Medianın İnkişafı Agentliyi (MEDİA) mediada statistik məlumatların təqdimatı zamanı məlumatların mənbəyinin, hazırlanma […]