--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

MEDİA statistik məlumatların düzgün təqdim edilməsinə çağırdı

Aysel Əlibəyli 20 İyun 2026 · 19:01 1096 baxış

MEDİA xəbər və statistik məlumatların yayımında mənbə, metodologiya və kontekstin düzgün göstərilməsinin vacibliyini vurğulayıb.

Medianın İnkişafı Agentliyi (MEDİA) mediada statistik məlumatların təqdimatı zamanı məlumatların mənbəyinin, hazırlanma metodologiyasının və ümumi kontekstinin düzgün izah edilməsinin vacibliyini açıqlayıb.Agentliyin rəsmi saytında yayımlanan məlumatda bildirilib ki, bəzi media subyektləri Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunan 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələri ilə bağlı elmi-statistik göstəriciləri təhrif olunmuş formada təqdim edib.Qeyd olunub ki, bəzi saytlarda “Azərbaycanda 200 tələbə vəfat etdi” kimi reallığı düzgün əks etdirməyən və cəmiyyətdə yanlış təsəvvür yarada biləcək şişirdilmiş başlıqlardan istifadə edilməsi qəbuledilməzdir.MEDİA media qurumlarını “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və peşəkar jurnalistika prinsiplərinə əməl etməyə çağırıb. Agentlik xüsusilə vurğulayıb ki, statistik məlumatların yayımlanması zamanı yalnız rəqəmləri təqdim etmək deyil, onların mənbəyini, necə əldə olunduğunu və hansı şəraitdə qiymətləndirilməli olduğunu da düzgün izah etmək vacibdir.Açıqlamada ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılmasında məsuliyyətli və obyektiv yanaşmanın medianın əsas vəzifələrindən biri olduğu bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hörmüz boğazı yenidən bağlandı – media

Next Article

ABŞ və İran arasında yeni danışıqlar İsveçrədə keçiriləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi

Aysel Əlibəyli 22 İyul 2026 · 19:34 1070 baxış Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə təntənəli tədbir keçirilib. Elpress.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, […]

Azərbaycanda bazar günü 40 dərəcəyədək isti olacaq

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:24 1030 baxış Bakı və Abşeronda temperatur 36, bölgələrdə isə 40 dərəcəyə yüksələcək Elpress.az xəbər verir ki, Avqustun 23-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına […]

FHN Lənkəranda texniki təhlükəsizliklə bağlı seminar keçirib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:03 1034 baxış Sənaye müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Lənkəran […]