--:--:-- | 15 Avqust 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu və Xoca Əhməd Yasəvi məqbərəsini ziyarət edib

Elşən 15 May 2026 · 14:36 1080 baxış

Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində digər dövlət başçıları ilə birlikdə Türküstan şəhərində yerləşən “Həzrət Sultan” Muzey-Qoruğunu ziyarət edib.

Elpress.az-ın Azərtac-a istinadən verdiyi məlimata görə, Dövlət başçılarına muzey-qoruğun tarixi və fəaliyyəti barədə ətraflı məlumat təqdim olunub. Qeyd edilib ki, 1989-cu ildə yaradılan muzey-qoruq orta əsrlərə aid zəngin tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır. Burada Türk dünyasının mənəvi dəyərlərini əks etdirən nadir eksponatlar, eləcə də Xoca Əhməd Yasəvinin irsi ilə bağlı qiymətli artefaktlar nümayiş etdirilir. Muzeyin fondunda 26 mindən artıq eksponat saxlanılır.

Daha sonra nümayəndə heyətləri Türküstandakı Xoca Əhməd Yasəvi məqbərəsini ziyarət ediblər. Mərkəzi Asiyanın mühüm memarlıq incilərindən sayılan bu tarixi abidə XIV əsrin sonlarında Əmir Teymurun göstərişi ilə inşa olunub. Məqbərə məşhur sufi alimi və şairi Xoca Əhməd Yasəvinin məzarı üzərində tikilib. Kompleks vahid memarlıq üslubunda qurulub və burada müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş 35-dən çox otaq yerləşir. Tarixi və dini əhəmiyyətinə görə bu məkan İslam dünyasının mühüm mənəvi mərkəzlərindən biri hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şuşada “Xarıbülbül” festivalı çərçivəsində “Romans və mahnı səhəri” konserti keçirilib

Next Article

Rəşad İsmayılov Laçında vətəndaş qəbulu keçirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah hava pisləşəcək: güclü yağış və dolu gözlənilir

Aysel Əlibəyli 30 May 2026 · 12:45 1151 baxış Mayın 31-də bəzi rayonlarda yağış və dolu gözlənilir Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda hava dəyişkən buludlu […]

Bakının 6 əsas yolunda sıxlıq yarandı

Aysel Əlibəyli 23 İyun 2026 · 09:02 1100 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə tıxac […]

Sabah bu ərazidə qaz kəsiləcək

Aysel Əlibəyli 06 İyul 2026 · 19:11 1064 baxış “Azəriqaz”dan xəbərdarlıq: Sabah Balaxanıda qaz təchizatı müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun bir hissəsində abonentlər qazsız qalacaq. Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi əhaliyə […]

Bakının və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 16 İyul 2026 · 00:42 1034 baxış Təmir işləri ilə əlaqədar Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki , “Azərişıq” ASC paytaxtın müxtəlif ərazilərində və […]