--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda texnologiya yönümlü yeni universitet təklif edilib

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:55 1060 baxış

İnformasiya texnologiyaları üzrə ixtisaslaşan ayrıca ali məktəbin yaradılması təklif olunur

Elpress.az xəbər verir ki, Azərbaycanda informasiya texnologiyaları və digər texnoloji istiqamətlər üzrə ixtisaslaşacaq ayrıca ali təhsil müəssisəsinin yaradılması təklif olunub.Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, son illərdə I ixtisas qrupunun R alt qrupu üzrə kompüter və informasiya texnologiyaları istiqamətlərinə maraq əhəmiyyətli dərəcədə artıb.Onun sözlərinə görə, hazırda müxtəlif ali məktəblərdə IT və texnologiya sahəsinə aid ixtisaslar tədris olunur. Lakin yalnız texnologiya istiqamətinə fokuslanan böyük və ixtisaslaşmış universitetin yaradılması bu sahədə təhsilin inkişafına və rəqabətin güclənməsinə şərait yarada bilər.Ekspert qeyd edib ki, belə bir ali məktəb yeni təhsil planlarının açılmasına imkan verə, eyni zamanda digər universitetlərdə qəbul yükünün azalmasına kömək göstərə bilər.Elmin Nuri texnologiya sahəsində ixtisaslaşmış universitetin yaradılmasının ölkədə IT təhsilinin əsas mərkəzlərindən birinin formalaşmasına xidmət edə biləcəyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

FHN-də könüllü qanvermə aksiyası keçirilib

Next Article

ABŞ Yaxın Şərq üçün yeni strategiya hazırlayır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qızılın qiyməti 4 min dollar həddini keçdi

Aysel Əlibəyli 18 İyul 2026 · 11:13 1094 baxış Əmtəə bazarlarında qızılın qiymətində növbəti artım qeydə alınıb. Elpress.az xəbər verir ki, COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin […]

Bakının əsas yollarında sıxlıq: sürücülər tıxacda qalıb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 20:24 1094 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Sıxlıq səbəbindən avtomobillərin hərəkət sürəti azalıb, bəzi istiqamətlərdə sürücülər tıxacda gözləməli […]

Yasamalda 7 küçədə işıq kəsiləcək

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 08:59 1126 baxış Yasamal rayonunda elektrik şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 20-də bir sıra ünvanlarda enerji təchizatı müvəqqəti dayandırılacaq. Elpress.az xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, […]

TƏBİB-də bir sıra vəzifələr üzrə dəyişiklik edilib

Aysel Əlibəyli 17 Avqust 2026 · 18:55 1090 baxış Elpress.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur və kadr dəyişiklikləri aparılıb. Məlumata görə, TƏBİB-in İcraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmrlər […]